Rusiya prezidenti Vladimir Putin Hindistan tərəfinin təşəbbüsü ilə Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı aparıb. Elchi.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.
Hindistanın baş naziri Rusiya liderinə şəxsi hərbçinin təşkil etdiyi üsyana cəhd zamanı asayişin qorunması, ölkədə sabitliyin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində ölkə rəhbərliyinin qətiyyətli addımlarını başa düşdüyünü və dəstəklədiyini bildirib.
Havar Şəfiyeva