Ağ Ev ABŞ-ın Polşada nüvə silahı yerləşdirməsi ilə bağlı danışıqlar aparıb-aparmadığını aydınlaşdırmaqdan imtina edir. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı müvafiq sualı cavablandırıb.
“Mənim heç bir sözüm yoxdur, bu cür söhbətlər haqqında sizə deyəcək heç bir fikrim yoxdur. Nüvə sistemlərinin yerləşdirilməsi ilə bağlı heç nə demirik, ona görə də bu gündən bunu etməyə başlamayacağam” – deyə o bildirib.
Bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, bu ölkə Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsinə cavab olaraq, bu növ silahdan birgə istifadə üzrə NATO proqramında iştirak etmək istəyir.
Havar Şəfiyeva