"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Putin haqda sensasion xəbərlər

14 Mart 2015 - 09:14
in XƏBƏR LENTİ
FacebookVatsap

Putin haqda sensasion xəbərlər

Bunu da oxuyun

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

Rusiya prezidentini mübhəm itkisinin arxasında səhhət problemi dayanır, yoxsa…

Rusiya prezidenti Vladimir Putin martın 6-dan “yoxa çıxıb”. Cəmiyyət arasında, siyasi kluarlarda və mediada görünməyən prezident barədə çoxsaylı şayiələr var. Sonuncu dəfə Putin martın 5-də İtaliyanın baş nazırı Matteo Rentsi ilə görüşüb. Bundan sonra Kreml Putinin 8 mart münasibətilə qadınlarla görüşməsinə dair məlumat yayıb. Amma Rusiyanın bəzi KİV orqanlarının versiyasına görə, əslində bu görüş də martın 5-də keçirilib. Putinin yorğun olduğu görüş iştirakçılarının gözündən yayınmayıb.

 
Putinin martın 12-13-də Astanaya planlaşdırılan səfəri xəstəlik səbəbindən təxirə salınıb. Bu da “Reuters” agentliyinin versiyalarından biridir. Onun səhhətində problemlər olması barədə xəbərlər isə bir neçə ildir ki, medianın gündəmindədir. Xüsusən də onun kürəyində, ayağında problemlər olması barədə ən son “The New York Times” qəzeti yazıb. Onun səhhətində yenidən problem yaranması ilə bağlı şübhələr isə M.Rentsi ilə görüşündən sonra publika qarşısına çıxmamasına görə artıb. 
Putinin mətbuat katibi Dmitri Peskov isə öz bossunun səhhətində problemlər olması versiyalarını inkar edib və onun “itkin düşməsini” gərgin qrafik, ictimaiyyət üçün açıqlanmayacaq görüşlərinin olması ilə izah edib. D.Peskov eyni zamanda deyib ki, xəstəlik iddiasını dilə gətirib, onu yayanların öz psixoloji durumları qaydasında deyil və onlar bahar qızdırmasından əziyyət çəkirlər.
V.Putinin keçmiş müşaviri Andrey İlliarionov isə bütün faktları təhlil edərək belə bir nəticəyə gəlib ki, Rusiya rəsmiləri “saray çevrilişi” nəzərdə tutublar. Onun fikrincə, Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov tezliklə baş nazir vəzifəsinə təyin ediləcək. Bundan sonra isə Putinin yorulması və istirahətə ehtiyacı olması barədə ssenari həyata keçiriləcək.
Putinin itməsində Ramzan Kadırov faktorunu isə rusiyalı politoloq Stanislav Belkovski qabardıb. Belkovskinin fikrincə, müxalifətçi Boris Nemtsovun qətlində əli olduğu ehtimal edilən R.Kadırovun “güclü əllər” tərəfindən tələb edilməsi, Putinin isə onu qurban vermək istəməməsidir.
Məhz bu səbəbdən Rusiya prezidentinin ciddi psixoloji problemlər yaşadığı iddia edilir. İndiki halda Putinin qarşısında iki yol var: ya əlini Kadırovun üzərindən çəkməli, ya da keçmiş həmkarları olan milli təhlükəsizlik xidməti ilə açıq anlaşmaya getməlidir.
Daha bir məlumat isə Putinin 12 martda Ermənistan prezidenti Serj Sərkisyanla telefonla danışmasıdır. Prezident Administrasiyasından bu danışıqla bağlı yayılan xəbərdə isə bildirilir ki, danışıqlar zamanı Putinin saxta erməni soyqırımının 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirlər çərçivəsində İrəvana, Sərkisyanın isə II Dünya müharibəsinin 70-ci zəfər qutlamaları ilə bağlı Moskvaya gedəcəyi məsələsində razılığa gəliblər.
İlk olaraq Qazaxıstan mediasında yer alan, daha sonra isə sürətlə Rusiya, ordan da Azərbaycan mediasına sıçrayan bir xəbər isə guya Putinin müsəlman olması ilə bağlıdır. ANS PRESS-in məlumatına görə, Peskov xəbəri təsdiqləyərək bildirib ki, həqiqətən, belə bir qərar qəbul edilib. Çeçenistanın lideri Ramzan Kadırov da öz tvitter səhifəsində heç vaxt bu qədər xoşbəxt olmadığını yazıb və ümid etdiyini bildirib ki, “tezliklə Vladimir Putin bütün kafirlərə və münafiqlərə qarşı cihad elan edəcək”. Bu xəbəri Rusiyanın xarici İşlər naziri Sergey Lavrov da təsdiqləyib. O bildirib ki, tezliklə Rusiyaya müsəlman dövlətlərindən nümayəndə heyəti gələcək.
Rusiyalı politoloq Sergey Makarov isə bu xəbəri şərh edərək deyib ki, Putinin bu qərarı geosiyasi vəziyyətlə əlaqədardır. “Bizim prezident hər şeydən əvvəl Rusiyanı fikirləşir. Biz qərbin liberal pozğunluğunun əhatəsində qalmayaq deyə bizə güclü tərəfdaşlar lazımdır. İslam ölkələri də etibarlı tərəfdaş ola bilərlər. Onsuz da, Allah birdir” deyə, politoloq əlavə edib.
Amma dediyimiz kimi, bu, sadəcə təsdiqlənməmiş bir iddiadır. Və bunu yazan media orqanlarının istinad nöqtəsi kimi “İnterfax” agentliyini göstərsələr də, sözügedən agentlikdə bununla bağlı hər hansı xəbər yer almayıb. Üstəlik, Rusiyadakı saytlar, sosial şəbəkələrdəki müzakirələrdə bu xəbər sadəcə gülüş obyekti olaraq qiymətləndirilir.
Kremlin martın 13-də yaydığı açıqlamada isə qeyd edilib ki, artıq Putin görüşlərini davam etdirir. Belə ki, Rusiya prezidenti Ali Məhkəmə rəhbəri Vyaçeslav Lebedevlə görüşüb. Sözügedən xəbərdə Rusiya prezidentinin yorğun, xəstəhal görüntülü fotoları da əlavə edilib. Bundan başqa, Rusiya informasiya agentlikləri də bu xəbəri yayıb. Amma onlardan heç biri öz materiallarında “görüş bu gün baş verib” cümləsini işlətməyib ki, bu da yetərincə diqqət çəkən məqamdır.
“Vedomosti” qəzeti isə Putinlə bağlı yazısında qeyd edib ki, prezidentin səhhətində hər şey qaydasındadır. Məqalədə yazılanlara görə, “Putinlə bağlı hər şey qaydasındadır və xəstəliyi ilə bağlı yazılanların heç bir əsası yoxdur. Vətəndaşların öz ölkəsinin prezidentinin səhhətinə bu qədər diqqət ayırmasına isə təəccüblənmək lazım deyiil”. 
Günün sonunda isə Rusiyanın bəzi saytları prezident Vladimir Putinin oğlunun dünyaya gəlməsi barədə xəbər yaydı. Rusiya mediasının istinad nöqtəsi isə İsveçrənin “Blick” nəşri oldu.
Məlumata görə, Putinə yaxınlığı ilə tanınan və Rusiyanın “Milli Media Qrupu” Holdinqinin direktorlar şurasının sədri vəzifəsində çalışan Alina Kabayeva İsveçrənin Tessin əyalətinin “Müqəddəs Ann” klinikasında uşaq doğub. Bu klinika öz reputasiyasına görə dünyada çox populyar hesab edilir. Putinin oğlunun dünyaya gəldiyi haqda artıq bu əyalətinin bütün sakinləri danışırlar.
İsveçrə mediası son günlər Putinin ictimaiyyət qarşısına çıxmamasını bununla əlaqələndirir. Bu, prezidentin A.Kabayevadan dünyaya gələn üçüncü övladıdır. Onun bu münasibətlərdən bir oğlu, bir qızı da var.

 

Previous Post

Putin haqda sensasion xəbərlər

Next Post

Azərbaycanın milli valyutasına və ordusuna real təhlükə – Avrasiya ittifaqı

Bənzər yazılar

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

21 Oktyabr 2026 - 22:20

Efiopiyanın Tıqray ştatının cənubunda pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində ikisi uşaq da daxil olmaqla dörd nəfər ölüb, daha beş...

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

21 Oktyabr 2026 - 22:18

Türkiyə Qara dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün Rusiya və Ukrayna ilə təmaslar həyata keçirir və Bolqarıstanın Müstəsna İqtisadi Zonasında...

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

21 Oktyabr 2026 - 22:11

"Mançester Yunayted" İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb. "Report" xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat...

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

21 Oktyabr 2026 - 22:05

BMT noyabr ayında Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların keçirilməsi planlarını alqışlayır və sülh prosesinə...

Next Post

Azərbaycanın milli valyutasına və ordusuna real təhlükə - Avrasiya ittifaqı

Azərbaycanın milli valyutasına və ordusuna real təhlükə - Avrasiya ittifaqı

Son xəbərlər

Azərbaycanda 2035-ci ilədək yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin ediləcək

Azərbaycanda 2035-ci ilədək yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin ediləcək

22 Oktyabr 2026 - 11:35
Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır

Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır

22 Oktyabr 2026 - 11:25
Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib

Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib

22 Oktyabr 2026 - 11:17
Tramp ABŞ-Rusiya-Çin danışıqlarının mövzularını açıqladı

Tramp ABŞ-Rusiya-Çin danışıqlarının mövzularını açıqladı

22 Oktyabr 2026 - 11:09
Sahil Babayev: Dövlət müəssisələrindən 900 milyon manat dividend gözlənilir

Sahil Babayev: Dövlət müəssisələrindən 900 milyon manat dividend gözlənilir

22 Oktyabr 2026 - 10:56
Kuba Xarici İşlər Naziri Rodriges: “ABŞ gündəlik həyatı hədəf alır”

Kuba Xarici İşlər Naziri Rodriges: “ABŞ gündəlik həyatı hədəf alır”

22 Oktyabr 2026 - 10:47
Supergüclərin rəqabəti və Azərbaycanın strateji seçimi

Supergüclərin rəqabəti və Azərbaycanın strateji seçimi

22 Oktyabr 2026 - 10:45
ABŞ Səudiyyə Ərəbistanından təxliyə əmri verdi

ABŞ Səudiyyə Ərəbistanından təxliyə əmri verdi

22 Oktyabr 2026 - 10:35
Bu ilin 9 ayında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

Bu ilin 9 ayında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

22 Oktyabr 2026 - 10:24
Tramp İranla müharibəni “gördüyü ən yaxşı işlərdən biri” adlandırdı

Tramp İranla müharibəni “gördüyü ən yaxşı işlərdən biri” adlandırdı

22 Oktyabr 2026 - 10:11
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

22 Oktyabr 2026 - 10:00
UEFA Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”ı qəbul edir

UEFA Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”ı qəbul edir

22 Oktyabr 2026 - 09:49
FHN SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib – VİDEO

FHN SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib – VİDEO

22 Oktyabr 2026 - 09:38
Əmtəə bazarlarında qızıl və gümüşün ucuzlaşması davam edir

Əmtəə bazarlarında qızıl və gümüşün ucuzlaşması davam edir

22 Oktyabr 2026 - 09:26
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

22 Oktyabr 2026 - 09:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.