Rusiya prezidenti Vladimir Putin gələn həftə Rusiya regionlarından birinə səfər edəcək.
Elchi.az xəbər verir ki, bu barədə “Rossiya-1” verilişinin aparıcısı Pavel Zarubin Teleqram kanalında məlumat verib.
Putinin hansı bölgəyə səfər etmək niyyətində olduğu açıqlanmır.
Həmçinin gələn həftə Putinin beynəlxalq əlaqələri və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının konqresinin iclasında iştirak etməsi, eynizamanda Baş Prokurorluğun kollegiyasında çıxışı planlaşdırılır.
Bundan başqa, Putin martın 18-də Krımın Rusiyaya daxil olmasının ildönümü ilə bağlı tədbirlərdə iştirak edə bilər.
Yeganə