Rusiya prezidenti Vladimir Putin Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə ilə telefonda Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Elchi.az xəbər verir ki, Kreml Sarayından verilən açıqlamaya görə, Putin Bəhreyn kralı Əl-Xəlifə ilə telefon danışığı aparıb.
Yaxın Şərqdəki vəziyyətin müzakirə olunduğu görüşdə hər iki tərəf regionda sülh və sabitliyin tezliklə bərqərar olmasına tərəfdar olduqlarını bildiriblər. Bu kontekstdə Rusiyanın 2025-ci ilin oktyabrında ilk Rusiya-Ərəb Sammitinin paytaxt Moskvada keçirilməsi təşəbbüsünün əhəmiyyəti vurğulanıb.
Putin və Əl-Xəlifə Rusiya və Bəhreyn arasında iqtisadiyyat, ticarət, maliyyə və mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Nuranə Məmmədova


















