Moskva ilə ABŞ administrasiyası arasında təmaslar davam edir.
Elchi.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə Şərq İqtisadi Forumunun (ŞİF) plenar iclasında bildirib.
“ABŞ administrasiyası ilə təmaslarımıza gəldikdə isə, onlar davam edir. Biz ABŞ administrasiyası ilə əlaqədəyik. Hazırda — bu günə qədər — əlaqə saxlayırıq və ümid edirəm ki, bu təmaslar davam edəcək”, — deyə dövlət başçısı qeyd edib.
Putin vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp müsbət və konstruktiv fəaliyyətə sadiqdir.
Rusiya lideri əlavə etdi ki, Rusiyanın ABŞ-da çoxlu dostu var.
Vladimir Putin Şərq İqtisadi Forumu zamanı həmçinin bildirdi ki, Ukrayna münaqişəsinin həlli üçün imkanlar mövcuddur. Prezidentin sözlərinə görə, sülh yolu ilə həll imkanı Kiyevin dövlət terrorizmi səbəbindən çətinləşir.
Yeganə





















