"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Putin Ərdoğanla barışır?

17 Mart 2016 - 10:13
in aktual-banner, Banner
FacebookVatsap

 

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Rusiya prezidenti Vladimir Putin Suriyadakı ordu birləşmələrinin əsas hissəsinin martın 15-dən etibarən bu ölkədən çıxarılmasına qərar verib. Putin bu qərarı Suriyada qarşıya qoyulan vəzifələrin icra olunması ilə əlaqələndirib.

“Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan vəzifə, ümumilikdə, icra edilib və buna görə müdafiə nazirinə ordu birləşmələrinin əsas hissəsinin sabahdan etibarən Suriyadan çıxarılmasına başlamağı əmr etmişəm”.

Həqiqətənmi Rusiya Suriyada istədiyinə nail olub? Yoxsa, Suriya münaqişəsinə görə az qala dünyanı qarşısına alan Putin “səhv”ini düzəltməyə çalışır?

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Putinin Suriya ilə bağlı əsaslandırdığı yanaşma doğru deyil:

“Putin “biz məqsədimizə çatdıq” desə də, faktlar bunun əksini göstərir. Birincisi, Putin Suriyada İŞİD terroruna son qoya bilmədi. Halbuki, Rusiyanın Suriyaya müdaxiləsinin başlıca səbəbi məhz bu amillə bağlı idi. İkincisi, Rusiyanın hərbi müdaxiləsi Bəşər Əsəd rejiminin mövqeyini gücləndirmədi, əksinə Əsəd ölkəsinin torpaq bütövlüyünü itirmiş vəziyyətdədir və artıq söhbət bu ölkənin bir neçə hissəyə bölünməsindən gedir. Putinin Suriyada hərbi müdaxiləsindən Rusiya üçün ən böyük itkisi strateji tərəfdaşı Türkiyə ilə münasibətləri korlaması oldu. Digər tərəfdən, Rusiya təyyarələrinin bombardmanları zamanı xeyli mülki insan qətlə yetirildi. Beynəlxalq aləm bunu heç zaman unutmayacaq”.

E.Şahinoğlunun sözlərinə görə, artıq Rusiya anlayır ki, Əsədə görə, Qərb, Ərəb dünyası və Türkiyə ilə düşmən olmaq doğru deyil: “Ona görə də Suriyadan çıxmaqla bağlı qərar verən Rusiyanın gec də olsa, doğru addım atdığını düşünürəm. Bundan sonra Rusiyanın kürdlərə dəstəyi azalmalı və Türkiyə ilə münasibətlərin normallaşması yolları axtarılmalıdır.

Rusiya ilə İran arasında da münasibətlərin gərginləşməsi də qeydə alınır. Bütün bunlar ondan xəbər verir ki, Suriyada vəziyyət birdəfəlik stabilləşməyəcək. Əksinə, Rusiya qoşunları çıxdıqdan sonra Suriya müxalifəti, onlara dəstək verən Qərb ölkələri, Ərəb dünyası, Türkiyə Əsədi daha tez devirməyə çalışacaqlar”, – deyə Şahinoğlu vurğulayıb.

Politoloq Fikrət Sadıqov isə bunun əksini düşünür. O, hesab edir ki, Rusiya Suriyada istəyinə nail ola bilib: “Rusiyanın Suriyaya girməsində məqsəd Əsəd rejimini dəstəkləməsi idi. Hesab edirəm ki, Rusiya əsas məqsədinə nail olub. Çünki, Bəşər Əsəd faktiki olaraq istefa ərəfəsində idi. Rusiya buna açıq şəkildə mane oldu.

Doğrudur, İŞİD-i tam məhv etmək mümkün deyil. Ancaq, hazırda bu terror təşikilatı Suriyada xeyli zəifləyib. Bu reallıqdır. Digər tərəfdən Suriyadakı müxtəlif qruplar arasında dialoq davam edir. Yəni, Cenevredə bu istiqamətdə danışıqlar gedir. Bu isə Rusiyanın əsas qüvələrini geri çağırmasına vadar etdi”, – deyə F.Sadıqov vurğulayıb.
Politoloq əlavə edib ki, hazırda Rusiya sanksiyalardan əziyyət çəkir: “Bu səbəbdən də Rusiyanın maliyyə-iqtisadi durumu zəifləyib. Ona görə də müəyyən iqtisadi problemlər yaranıb. Bu da özü-özlüyündə Suriyadan çıxma üçün bir səbəbdir. Hesab edirəm ki, Rusiyanın Suriyadan geri çəkilməsində həm iqtisadi, həm də siyasi səbəblər var”.

F.Sadıqov hesab edir ki, Rusiyanın Suriyadan geri şəkilməsi Türkiyə ilə münasibətlərin normallaşmasına səbəb ola bilər: “Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinin əsas səbəbi Suriya amilidir. Hərbi təyyarənin vurulması isə ölkələrin münasibətlərinin korlanması üçün qığılcım oldu. Çünki, Rusiya və Türkiyənin Suriya probleminə yanaşması radikal şəkildə bir-birindən fərqlənir. Əgər Suriyada müəyyən stabillik olsa, Rusiya-Türkiyə münasibətlərinə müsbət təsir göstərə bilər. Demirəm ki, yaxın zamanda ölkələr arasında münasibətlər bərpa olunacaq. Amma, müəyyən müsbət impulslar bu əlaqələrə öz təsirini göstərə bilər”.

Bu məqamda qeyd edək ki, Rusiya-Türkiyə münasibətlərinin normal məcraya dönməsi Azərbaycanın da maraqları çərçivəsindədir. Əgər, həqiqətən Rusiyanın Suriyadan çıxması iki ölkə arasında münasibətləri normallaşdırmağa imkan verəcəksə, Azərbaycan əvvəlcədən bəyan etdiyi vasitəçilik missiyasını öz üzərinə götürə bilər. Çünki, Azərbaycan Prezidentinin həm Rusiya prezidenti, həm də Türkiyə prezidenti ilə çox yaxşı münasibətləri var. Əgər niyyət saf olarsa, nədən Azərbaycan dünyada təbliğ etdiyi sülh dəyərlərinə öz töhfəsini verməsin?

Millət vəkili, siyasi analitik Sahib Alıyevin fikrincə, iki ölkə arasında korlanmış əlaqələrin bərpasında Azərbaycan qədər maraqlı olan ölkə yoxdur: “Hər iki tərəfin etibar etdiyi və sözünün üstündə duran lider kimi yanaşdıqları prezident İlham Əliyev qədər bu missiyanın öhdəsindən gələcək kimsə çətin tapılsın. Mənə elə gəlir ki, dövlət başçımızın Türkiyə səfərində bu məsələdə diqqət mərkəzində olub. Hətta ola bilsin ki, ondan belə bir missiyanı üzərinə götürməsi xahiş edilib”.

Azərbaycanın Türkiyə və Rusiya arasında münasibətlərin normallaşmasında vasitəçilik etməsinə rəsmi Moskvanın soyuq yanaşdığını xatırladan politoloq E.Şahinoğlu isə hesab edir ki, ikinci dəfə bunu təkrarlamaq düzgün deyil: “Amma, irəliləyiş olsa, Azərbaycan öz təkliflərini yenidən gündəmə gətirə bilər. Əsas odur ki, Rusiya Türkiyəyə qarşı addım atsın. Amma, indiki zamanda inanmıram ki, Azərbaycan yenidən vasitəçilik missiyasını gündəmə gətirsin. Hesab edirəm ki. Yenidən “yox” cavabı almaq imicimizə ciddi zərbə olar”.

Previous Post

Putin Ərdoğanla barışır?

Next Post

Müdafiə Nazirliyi Xramçixinə cavab verdi

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Next Post

Müdafiə Nazirliyi Xramçixinə cavab verdi

Müdafiə Nazirliyi Xramçixinə cavab verdi

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.