Söhbət bəzi məhsulların Rusiyaya ixracı və idxalı zamanı artırılmış gömrük rüsumlarının tətbiqindən gedir.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin sanksiya məhdudiyyətlərinə cavab olaraq tətbiq edilən xüsusi iqtisadi tədbirlərin siyahısını genişləndirib.
İndi məhdudlaşdırıcı tədbirlərə gömrük rüsumları da daxildir. Bu barədə dövlət başçısının cümə axşamı, dekabrın 29-da dərc olunmuş fərmanında deyilir.
Söhbət siyahısı hökumət tərəfindən təsdiq edilməli olan bəzi məhsulların Rusiyaya ixracına və idxalına artırılmış gömrük rüsumlarının tətbiqindən gedir. Bu günə qədər bu tədbir bu ilin sonuna kimi hesablanıb.
Xatırladaq ki, daha əvvəl Rusiya hökuməti dost olmayan ölkələrdən bəzi şəxsi gigiyena vasitələrinin, o cümlədən şampun və diş pastası, habelə silahların idxalına rüsumlar müəyyən edib. Bundan bir qədər əvvəl paralel idxalla ölkəyə 9 milyard dollardan artıq 1,3 trilyon ton mal idxal edilib.
Şayəstə