Puşkov: Almaniya ilə Rusiya arasında böyük “UÇURUM…”

67

Parlamentar qeyd edib ki, qaz təchizatı hətta soyuq müharibə dövründə də Moskva ilə Berlin arasında “xüsusi münasibətlərin” əsasını təşkil edib.
Elchi.az xəbər verir ki, hazırda Avropa ilə Rusiya arasında “böyük uçurum” yaranıb, buna Almaniyanın Rusiya qazını verməkdən imtina etməsi səbəb olub, Federasiya Şurasının Perm diyarından olan üzvü Aleksey Puşkov hesab edir.
“Avropa ilə Rusiya arasında mənim dediyim “böyük uçurum” var. Almaniya “Şimal axını” ilə ona verilən Rusiya qazından imtina edərək əvvəlki münasibətlərin əsasını qırdı. “Şimal axını” və “Şimal axını 2”nin sarsılması hətta Almaniyaya qaz axınının bərpasının nəzəri imkanlarına da son qoydu”, – senator Telegram-da yazıb.
Parlamentarinin sözlərinə görə, Rusiyadan qaz tədarükü hətta soyuq müharibə dövründə də Moskva ilə Berlin arasında “xüsusi münasibətlər” üçün əsas olub. Rusiya mavi yanacağının tədarükünün dayandırılması iki ölkə arasında münasibətləri SSRİ ilə Almaniya arasında Leonid Brejnevin dövründə imzalanmış qaz kəməri sazişinə qaytardı, Puşkov bildirib.

Şayəstə