Prezident Lerikdə Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

🗓 19.08.2014 20:57 ✍️ "Elçi" qəzeti

Prezident İlham Əliyev Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə1375566714_001 tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncama əsasən 30 min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Lerik Rayon İcra Hakimiyyətinə ayrılacaq.

Bənzər yazılar