"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Prezident Bakı Olimpiya Stadionunda WUF13 ilə bağlı görülən işlərlə tanış olub

12 May 2026 - 15:32
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub.

Bunu da oxuyun

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

Elchi.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdilər.

Qeyd edək ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi kimi təşkil olunub.

Yüksək səviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub.

Açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək. Mövcud hazırlıq səviyyəsi forumun yüksək iştirakçı axınını, çoxsaylı paralel tədbirləri və beynəlxalq nümayəndə heyətlərinin qəbullarını uyğun şəkildə planlaşdırmağa imkan verir. Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı zona 3,55 hektar sahəni əhatə edir və iclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulub. Burada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var. Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır.

Tədbirdə BMT-nin 6 rəsmi dili – ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək. Eyni zamanda, əlilliyi olan şəxslər üçün beynəlxalq işarə dili xidməti nəzərdə tutulub.

Bütün tədbir ərazisi üzrə 35-dən çox iaşə məntəqəsi nəzərdə tutularaq, məkanlar və açıq hava zonalarında yerləşdirilməklə iştirakçı axınının müxtəlif istiqamətlər üzrə paylanmasına və məkanda xidmət əlçatanlığının təmin olunmasına imkan verir.

İki hektar sahəni əhatə edən zonada isə “Media mərkəzi” ilə yanaşı, “Dəyirmi masa”, “Xüsusi sessiya” və “Dialoq zalları” yerləşir. “Media mərkəzi”ndə iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur. “Media mərkəzi”nin ümumi tutumu 600 nəfərdir. Burada eyni vaxtda isə 400 media nümayəndəsi işləyə bilər.

Ərazidə istirahət zonası da yaradılıb. Zonanın ümumi vizual və memarlıq yanaşmasında İçərişəhərdən ilhamlanan elementlərdən və Azərbaycan xalçaçılığına aid ornamentlərdən istifadə edilib.

Forum iştirakçıları üçün açıq hava formatında WUF13 Bulvarı yaradılıb. Bu sahə 2,5 hektar ərazini təşkil edir və iştirakçıların sərbəst hərəkəti, istirahəti, iaşə xidmətlərindən istifadəsi və tədbir məkanında şəhər mühiti ab-havasını hiss etməsi üçün nəzərdə tutulub. Bulvar ərazisi “Expo zonası”na keçid və açıq ictimai məkan funksiyasını daşıyır.

“Urban Expo zonası” isə 3,5 hektar sahəni əhatə edir. Ərazidə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşir. Ümumilikdə, 121 pavilyon, o cümlədən 41 ölkə pavilyonu nəzərdə tutulub.

Forumun rəsmi mərasim komponentləri tədbir məkanının ümumi planlaşdırılmasında xüsusi nəzərə alınıb. Bayraq meydanı rəsmi mərasimlərin keçirilməsi üçün hazırlanıb və şəhər ab-havasının hiss olunması məqsədilə qala divarları motivləri ilə əhatələnib.

Nəqliyyat terminalı və parklanma-transfer funksiyalarını əhatə edən əlavə 10 hektarlıq zona ümumi əməliyyat ərazisinə inteqrasiya edilib. Burada avtobus, taksi xidmətləri, parklanma və iştirakçıların məkana yönləndirilməsi proseslərinin idarə olunması icra ediləcək. Şəhər üzrə nəqliyyat mübadilə mərkəzləri, elektrik avtobusları, taksi xidməti və hava limanı daşımaları tədbirin ümumi nəqliyyat planına inteqrasiya olunub.

Qeydiyyat prosesi üçün olan sahədə eyni anda 70 nəfərə, saatda isə 1000 nəfərə xidmət göstərmək imkanı var. Əlilliyi olan şəxslər üçün ayrıca akkreditasiya və qeydiyyat masaları nəzərdə tutulub. Qeydiyyat əməliyyatları tədbirin tələblərinə uyğun olaraq Azərbaycan tərəfinin əməliyyat komandası tərəfindən qurulub və iştirakçı axınının mərhələli idarə olunmasına uyğunlaşdırılıb.

Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, genişmiqyaslı fiber-optik və daxili şəbəkə infrastrukturu, simsiz şəbəkə avadanlıqları və fasiləsiz işləyəcək əməliyyat mərkəzi yaradılıb.

Diqqətə çatdıraq ki, Bakının ev sahibliyi edəcəyi BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunan WUF13 dünyanın diqqətini yenidən ölkəmizə yönəldəcək. İndiyədək 178 ölkədən 30 mindən çox iştirakçı tədbirə qatılacağını təsdiqləyib. Bu mühüm tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və şəhərsalma modeli, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, bu regionların “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı görülmüş işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl nümunələr kimi dünya ictimaiyyətinə təqdim ediləcək. Qeyd edək ki, WUF13, həmçinin WUF tarixində ilk dəfə Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Previous Post

Putin müəllimini şam yeməyinə apardı – VİDEO

Next Post

Əli Əsədov yeni qərar imzaladı

Bənzər yazılar

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

24 İyul 2026 - 23:01

ABŞ Prezidenti Donald Tramp Amerika texnologiya şirkətlərinə tətbiq edilən böyük cərimələrdən sonra Vaşinqtonun Avropa İttifaqının (Aİ) siyasəti ilə bağlı araşdırmaya...

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

24 İyul 2026 - 22:57

ABŞ ordusu Oman dənizi istiqamətindən bölgəyə daxil olmaq istəyən mayeləşdirilmiş neft qazı (LPG) daşıyan tankerə zərbə endirib. Elchi.az bu barədə...

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

24 İyul 2026 - 22:55

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iştirakçı dövlətlərinin assambleyası prokuror Kərim Xanın tutduğu vəzifədən kənarlaşdırılmasına səs verib. Elchi.az xəbər verir ki, bu...

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. Elchi.az xəbər verir ki,...

Next Post
Əli Əsədov yeni qərar imzaladı

Əli Əsədov yeni qərar imzaladı

Kreml Ukraynadakı münaqişəyə son qoymağın şərtini açıqlayıb

Kreml Ukraynadakı münaqişəyə son qoymağın şərtini açıqlayıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

BDYPİ sürücülərə isti hava ilə bağlı xəbərdarlıq etdi

BDYPİ sürücülərə isti hava ilə bağlı xəbərdarlıq etdi

25 İyul 2026 - 10:58
DÇ-2026-nın ulduz qapıçısının yeni klubu bəlli oldu

DÇ-2026-nın ulduz qapıçısının yeni klubu bəlli oldu

25 İyul 2026 - 10:32
Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı endi

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı endi

25 İyul 2026 - 10:20
FHN-dən həftəsonu çimərliyə üz tutanlara müraciət

FHN-dən həftəsonu çimərliyə üz tutanlara müraciət

25 İyul 2026 - 10:08
Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

24 İyul 2026 - 23:01
ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

24 İyul 2026 - 22:57
BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

24 İyul 2026 - 22:55
Latviya Rusiyaya etiraz notası təqdim edib

Latviya Rusiyaya etiraz notası təqdim edib

24 İyul 2026 - 21:55
Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54
Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır

Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır

24 İyul 2026 - 21:52
WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib

WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib

24 İyul 2026 - 21:49
Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır

Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır

24 İyul 2026 - 21:25
Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub

Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub

24 İyul 2026 - 21:13
“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

24 İyul 2026 - 21:12
Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

24 İyul 2026 - 21:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.