"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Polşada əsasən “Azərçay”ı və “Jalə” şirələrini tanıyırlar” – Şövqi Vaqifoğlu

10 İyun 2016 - 17:13
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

“Azərbaycanda istehsal olunan məhsullara Polşada az rast gəlinir. Biz çox istərdik ki, indiki dönəmdə Azərbaycan məhsullarının Avropa ölkələrinə ixracatı artırılsın və biz müştərilərimizə öz məhsullarımızı təqdim edək”. 
Bunu “Azərfaks”a açıqlamasında Polşada yaşayan azərbaycanlı iş adamı Şövqi Vaqifoğlu deyib.  Onun sözlərinə görə, Avropa bazarında əsasən “Azərsun Holdinq”in istehsalı olan “Azərçay”a və “Gilan Holdinq”in  məhsulu olan “Jalə” şirələrinə rast gəlinir: “Bizim Polşadakı fəaliyyətimiz çoxşaxəlidir. Avropa ölkələrinə müxtəlif meyvə-tərəfəz məhsulları ixrac etməklə yanaşı, restoran biznesilə də məşğuluq və bu işi getdikcə daha da inkişaf etdirməyə çalışırıq. Təəssüflə qeyd etməliyəm ki, restoranlarımızda müştərilər təbii şirələr və ya digər içki növləri sifariş edəndə biz müxtəlif xarici ölkələrdə istehsal olunan məhsulları təqdim edirik. Bu məhsullar sırasında Gürcüstanda istehsal olunanlar da var və mən sizə deyim ki, gürcü malları hazırda Avropaya daha çox ixrac olunur. Öz məhsullarımızdan isə yalnız “Jalə” şirələrini əldə edə bilirik. Açıq demək lazımdır ki, Avropaya ixrac olunan “Jalə” şirələri keyfiyyət baxımından çox yüksəkdir və müştərilərimiz təbii şirələr sifariş edərkən biz onlara çox rahatlıqla “Jalə” təqdim edirik. Lakin əldə etdiyimiz məhsullar tələbatı tam ödəmir. Yaxşı olar ki, “Gilan” Polşaya göndərdiyi məhsulların çeşidini artırsın. Çaylardan isə yalnız “Azərçay”ın adını çəkə bilərəm. Onun da çox yüksək keyfiyyəti var və bu brend artıq Avropa bazarlarında öz yerini möhkəmləndirir”. 
Adıçəkilən məhsullardan başqa Polşa bazarında digər Azərbaycan məhsullarına rast gəlinmədiyini deyən Ş.Vaqifoğlu yerli şirkətləri ixracat məsələlərinə ciddi diqqət ayırmağa çağırıb: “Niyə biz qonşu ölkələrdən geridə qalmalıyıq? Məgər bizim xarici bazarlara çıxarmaq üçün azmı məhsulumuz var?  Niyə bu gün Avropa ölkələrində, konkret olaraq Polşada “Gilan” marketləri olmasın? Yaxud, “Azərsun Holdinq” gəlib Polşada “Bazarstore” mağazalar şəbəkəsi yarada bilməzmi? Mən əminəm ki, adıçəkilən şirkətlər təkcə ölkə daxilində deyil, həm də Avropa ölkələrində də uğur qazanmaq imkanındadırlar. Hesab edirəm ki, bizim şirkətlərin “xarici ölkələr” əhatəsinə təkcə MDB məkanı daxil olmamalıdır. Avropanın böyük bazarlarına çıxmaq lazımdır. Gəlsinlər Polşaya, biz onlara lazımı köməkliyi göstərməyə hazırıq. Biz maraqlıyıq ki, Azərbaycan məhsulları ilə işləyək, müştərilərimizə üzərində “Made in Azerbaijan” yazılmış məhsullar təqdim edək. Təkcə “Azərçay”la, “Jalə” ilə kifayətlənmək olmaz axı. Başqa şirkətlərimiz də öz məhsullarını xaricə çıxarmalıdırlar. Bu artıq dövrün tələbidir. Biz Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməyə, Polşa bazarına çıxmaq və ya bu bazarda möhkənmək istəyən istənilən şirkətlə işləməyə hazırıq. Yetər ki, gəlsinlər”.
Previous Post

“Polşada əsasən “Azərçay”ı və “Jalə” şirələrini tanıyırlar” – Şövqi Vaqifoğlu

Next Post

`İyunda Qarabağla bağlı görüş olacaq` – Uorlik

Bənzər yazılar

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

13 Oktyabr 2026 - 14:17

ATƏT-in Varşavada keçirilən İnsan Ölçüsü Konfransında Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququ və Ermənistanla dialoq məsələsi gündəmə gətirilib. Azərbaycan-Slavyan Gəncləri...

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

Next Post

`İyunda Qarabağla bağlı görüş olacaq` – Uorlik

Akif Aşırlı: "Üzüm satıb özümə dəftər-kitab alırdım”

Son xəbərlər

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

13 Oktyabr 2026 - 18:07
Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

13 Oktyabr 2026 - 17:58
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

13 Oktyabr 2026 - 17:49
Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

13 Oktyabr 2026 - 17:37
NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

13 Oktyabr 2026 - 17:25
Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

13 Oktyabr 2026 - 17:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.