"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Akif Aşırlı: “Üzüm satıb özümə dəftər-kitab alırdım”

10 İyun 2016 - 17:18
in XƏBƏR LENTİ
FacebookVatsap
 Akif Aşırlı: "Üzüm satıb özümə dəftər-kitab alırdım”
Akif Aşırlı: “Bağdan oğurluq da etmişəm, imtahana “şparqalka” da keçirmişəm”

Uşaqlığı doğulduğu kənddə, Qazaxın Daş Salahlı kəndində keçib. Bütün kənd uşaqları kimi aşıq-aşıq, beş daş, limka, top aldı qaç oyunlarını oynayıb, qayğısız bir həyat yaşayıb. Orta məktəb dövründə üzüm sataraq pul da qazanıb. Paltarlarını səliqə ilə yığmadığına görə anasının tənəsinə də tuş gəlib… Müsahibimiz “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlıdır. Akif Aşırlı ilə onun uşaqlıq, məktəb və tələbəlik illərinə boylandıq…
“Bağdan alma oğurlayırdıq”
Atası Abduləzim bənnalıqla ailəsini dolandırıb: “Atamın həm də inşaat briqadası var idi. Adətən fevral ayının sonundan sentyabr-oktyabr aylarına qədər iş götürüb briqadası ilə birgə Rusiyada çalışardı. Bənna işləsə də, həmişə oxumağın xiffətini çəkirdi. Çünki orta məktəbdə çox yaxşı oxusa da, anasının onu oxutmaq üçün imkanı olmamışdı. Atası Böyük Vətən müharibəsində şəhid olduğundan bütün yük anasının çiyinlərinə düşmüşdü. Oxumaq eşqi ilə alışıb-yandığına görə atam bizim beşimizi də oxutdu. Hələ balaca vaxtımızdan təhsilə, oxumağa həvəsləndirmək üçün tez-tez bizə kitab alırdı”.
Beş uşağın dördüncüsü olan müsahibimiz sözəbaxan uşaq olub. İkinci sinifdən 6-cı sinfə qədər bütün yay tətillərini Gədəbəydə keçirib: “Əmim çoban idi. Həmişə kəndin sürülərini Gədəbəy yaylaqlarına aparırdı. Mən də onunla birgə gedərdim. Deyilənə görə, sözəbaxan uşaq olmuşam. Cılız olduğumdan nənəm özünü oda-közə vurar, çox yedizdirməyə çalışarmış ki, “ətə-qana” gəlim. Bütün kənd uşaqları kimi aşıq-aşıq, beşdaş, top aldı qaç, limka oyunlarını oynayırdıq. Limka düzəltmək üçün qoyunun və yaxud quzunun dərisinin kiçik bir hissəsini kəsirdik, o vaxt yapışqan olmadığından arxasına qır saqqızı vururduq, üzərinə də 5 qəpiklik yapışdırırdıq. Onu ayağımızla çiləyirdik. Kim çox çiləsə, udurdu”.
Kəndlərindəki Qolpun dərəsini də indiki kimi xatırlayır: “Qolpun dərəsi bizim sevimli oyun meydançamız idi. Yarğanda gizlənqaç oynayır, döyüş səhnələri düzəldər, qan-tərə batanacan oynayardıq. Kənddə bizə Qolpun dərəsinin uşaqları, bəzən isə Qayaxan dərəsinin uşaqları deyirdilər”.
Müsahibimizin meyvə bağından alma, gavalı oğurlaması da olub: “Tez-tez sonuncu dərsdən qaçardıq. Alma mövsümündə məktəbimizin indiki yerində olan bağa gedərdik. Uşaqların bir hissəsi qarovulçunun başını qatır, digərlərimiz bağdan gizlicə alma, gavalı yığırdıq”.
“Anam arada “dərs”imizi verirdi”
Evdar qadın olan analarından daha çox qorxduqlarını deyir: “Anamızdan daha çox qorxurduq, nəinki atamızdan. Heç vaxt atam bizi cəzalandırmayıb. Anam isə arada “dərs”imizi verirdi. Atamızdan çəkinərdik. Küçənin bu başında oynayanda o başından atamın gəldiyini görüb evə qaçardıq. Bilirdik ki, evə girən kimi dərsimizi oxuyub-oxumadığımızı soruşacaq. Anamız bizi səliqə-səhmana öyrətmişdi. Dərsdən gəlib paltarımızı səliqə ilə ya stulun, ya da çarpayının başına yığmalı idik. Qardaşımla mən hərdən bu qaydanı pozurduq. Paltarlarımızı çıxarıb çarpayının üstünə atanda anam bizi danlayırdı. Anam uşaqlıqda bizi səliqə-səhmana elə öyrədib ki, indi də hardasa dağınıqlıq görəndə qəbul edə bilmirəm. Anamın bir qaydası da bu idi ki, nahar edəndə ailənin bütün üzvləri orada olmalı idi. Əgər qardaşım və ya bacılarımdan biri nahara hansısa səbəbdən 15 dəqiqə gec gəlirdisə, hamımız oturub onu gözləməliydik. Yoxsa anam bizə çörək vermirdi”.
“Üzüm satıb özümə dəftər-kitab alırdım”
A.Aşırlı orta məktəbdə oxuduğu dövrlərdə üzüm satıb pul da qazanırmış: “Kəndimizdə üzüm bağları var idi. Briqada üzüm bağlarından çıxandan sonra kəndin uşaqları ilə “ura” dediyimiz yerə gedib yarpaqların altında qalmış üzümləri dərib vedrəsini 1-2 manata satırdıq. Üzüm satmaqla xeyli pul toplamışdım. Bu pula özümə dəftər-kitab alır, digər ehtiyaclarımı ödəyirdim”.
Orta məktəb illərini də bizimlə bölüşən həmsöhbətimiz deyir ki, onu ilk dəfə məktəbə əlindən tutub bacısı aparıb: “Mənim oxuduğum ibtidai sinif məktəbi indi kəndin xəstəxanasıdır. Beşinci sinfə qədər orada oxumuşam. Sonra bizim kənd üçün ikimərtəbəli müasir məktəb binası tikdilər. Beşinci sinifdən Daş Salahlı 1 saylı kənd orta məktəbində təhsilimi davam etdirdim”.
Orta məktəbdə oxuyanda Sovet vaxtının bütün şagirdləri kimi o da üzüm bağlarından üzüm yığıb: “Oktyabr ayında bizi üzüm bağlarına aparırdılar. Fəhlə kimi səhər saat 9-dan axşam 6-ya qədər üzüm dərirdik. Amma əməyimizi də qiymətləndirirdilər. Yığdığımız üzümü tərəziyə qoyub çəkir, çəkiyə uyğun da pul verirdilər. Ümumiyyətlə, belə bir qayda var idi ki, bütün şagirdlər üzüm yığımı vaxtı hansısa briqadada çalışmalı, sonra briqadirin və sovxozun direktorunun möhürlü imzası ilə məktəbə arayış gətirməli idi. Yalnız bundan sonra məktəbdə oxumağa icazə verilirdi. Bir dəfə 170 rubl aldım. Çalışdığım briqada planı 100 faiz yerinə yetirdiyinə görə ilin sonunda 170 rubl da mükafat verdilər. 8-ci sinif şagirdinin 170 rubl alması istər-istəməz ailənin büdcəsinə də təsir edirdi”.
“Müəllimlərimiz olan toya getməzdik”
Məktəbdə oxuyanda indiki uşaqlardan fərqli olaraq, müəllimlərini ideallaşdırmışdılar: “Müəllimlərimizdən çox çəkinirdik. Müəllim küçənin o başından gəlirdisə, biz yolumuzu dəyişirdik. Çünki üz-üzə gəlməkdən çəkinirdik. Yaxud müəllim hansısa toyda olurdusa, biz o toya getmirdik. Sadəcə, çadırın bir küncünü qaldırıb gizlicə, görünməmək şərtilə baxa bilərdik”.
“5-ci sinifdən şeir yazmağa başladım”
Üçüncü sinfə qədər nə qədər çalışsa da, yaxşı oxumayıb: “Buraxdığım hər səhvə görə “niyə bu səhvi buraxdım”, – deyərək çılğıncasına dəftəri cırardım. Dördüncü sinifdən yaxşı oxumağa başladım və 10-cu sinfə qədər şəklim şərəf lövhəsində oldu”.
Humanitar fənlərə xüsusi marağının olduğunu deyən müsahibimiz Azərbaycan dilindən, Ədəbiyyatdan həmişə “5” alıb: “Şair Nüsrət Kəsəmənlinin tələbə yoldaşı Zəkayət müəllim bizim ədəbiyyat müəlliməmiz idi. Zəkayət müəllim Molla Vəli Vidadini, Vaqifi, Səməd Vurğunu, Mehdi Hüseyni, Mikayıl Müşfiqi tamam başqa bir tərzdə keçərdi. Həmişə ədəbiyyatdan 3 mövzu verirdilər, onlardan biri sərbəst mövzu olurdu. Mən həmişə sərbəst mövzuda yazardım. Zəkayət müəllim bizi ədəbiyyata çox həvəsləndirir, Qazaxdakı “Vurğun ocağı” dərnəyinə aparırdı. Dərnəkdə başqa şairlərin şeirlərini deyir, həmçinin öz yazdıqlarımızı oxuyurduq. 5-ci sinifdə şeir yazmağa başladım. 7-ci sinifdə rayon qəzeti olan “Qalibiyyət bayrağı”nda analarla bağlı ilk şeirim çıxdı. Məni “Qalibiyyət bayrağı”nın redaksiyasına atam aparmışdı. Orada Qara Qafqazlı, Ələddin İncəli kimi şairlər işləyirdilər. Onlar şeirlərimi oxuyub atama demişdilər ki, məndə şeir yazmaq bacarığı var, ifadələri normaldır”.
Müsahibimiz orta məktəbdə yazdığı və çap olunan şeirlərini indi də saxlayır: “Çap olunan şeirlərimi və məqalələrimi dəftər tutub ora yapışdırmışam. Məqalələrim “Pioner” jurnalında, “Azərbaycan gəncləri” qəzetində çıxırdı. Çox vaxt da “Kommunist” və “Azərbaycan gəncləri” qəzetindən “Akif Vəliyev, sizin göndərdiyiniz şeir bədii cəhətdən zəif olduğu üçün dərc olunmadı” yazılan blank alardım. Amma bu, məni həvəsdən salmır, üzərimdə daha çox işləyir, daha çox yazırdım”.
“Şparqalka”dan istifadə etmişəm”
10-ci sinfi bitirib sənədlərini atasının arzusu ilə Tibb Universitetinə verir. Amma kəsilir. İkinci il də atasının arzularını reallaşdırmağa çalışır. Bu dəfə də “konkurs”a düşür: “Atam məni həkim kimi görmək istəyirdi. Mənim isə marağım ədəbiyyata idi. Hərbi xidmətə gedib qayıdandan sonra atrıq öz arzuylarımın arxasınca düşdüm, öz yolumu özüm seçdim. Jurnalistikaya gəlməyimin səbəblərindən biri də “Yeni fikir” qəzetinin redaktoru, istedadlı publisist, şair Taleh Həmid olub. O, qardaşımla dost idi. Qardaşım məni onunla tanış etdi və mən sözügedən qəzetə siyasi-publisist yazılar verməyə başladım. Taleh Həmid mənim yazılarımı çox yüksək qiymətləndirdi və qardaşıma dedi ki, yaxşı jurnalist olmaq imkanı var. Beləcə, tarix fakültəsində oxuya-oxuya qəzetlərlə əməkdaşlıq etməyə başladım. Peşəkar jurnalistikada ilk iş yerim “7 gün” qəzeti olub. Sonradan jurnalistika ixtisası üzrə də təhsil aldım”.
A.Aşırlı tələbə vaxtı əksər tələbələr kimi “şparqalka”dan istifadə etdiyini etiraf etdi. Və nəinki kiçik kağızlarda yazılan “şparqalka”, hətta özü ilə imtahan otağına kitab da keçirdiyi vaxt olub.
İlk qonorar
Tələbəlik illərində əvvəl qardaşının evində, ikinci kursdan isə tələbə yoldaşı ilə birlikdə Yeni Yasamalda kirayə evdə qalıb: “Evi özümüz yığışdırır, paltarı yuyur, yeməyimizi bişirirdik. Təcrübəm olduğundan indi də yaxşı yeməklər bişirə bilirəm. Əvvəl qardaşım, yaxud kənddən maddi yardım edirdilər. Amma üçüncü kursdan etibarən “7 gün” qəzetindən yaxşı qonorar aldığıma görə heç kimə ehtiyacım olmurdu. Hətta qonorarım kafedə nahar etməyimə də yetirdi. Kəndə gedəndə anama, bacıma, bacım uşaqlarına hədiyyə də ala bilirdim”.
Baş redaktor ilk qonorarını da xatırlayır: “Məbləğ yadımda deyil, amma yadımdadır ki, xeyli 3 rublluq var idi. Bu pula nəşriyyatın 4-cü mərtəbəsindəki yeməkxanada “7 gün”çülərlə nahar etdik. Ev üçün bazarlığa da getdim”.
Sonda həmsöhbətimiz həyatda öz yerlərini tapmaq üçün indiki gənclərimizə tövsiyələrini də verdi: “Çalışmaq, əməyi sevmək, mübariz olmaq lazımdır. Təhsil almaqdan, oxumaqdan qaçmasınlar. Hər şeyi valideynlərinin üzərinə yükləməsinlər, özləri sərbəst, heç kimin müdaxiləsi olmadan yaşamağı öyrənsinlər. Çətinliyə düşəndə özlərini itirməsinlər. Çətinlik insan üçündür”.

Bunu da oxuyun

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

Previous Post

Akif Aşırlı: “Üzüm satıb özümə dəftər-kitab alırdım”

Next Post

Dolların üç günlük məzənnəsi açıqlandı: 1,51114

Bənzər yazılar

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28

Azərbaycan Ordusunun kapitanı, Vətən müharibəsi iştirakçısı Zahir Zakiroviç Fətəliyevin vəfatından bir il ötür. 1985-ci ildə Zığ qəsəbəsində anadan olan Zahir...

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

21 Avqust 2026 - 23:36

Amerikanın Arxeologiya İnstitutunun nüfuzlu "Archaeology Magazine" elmi jurnalında Cəlilabad rayonunda tapılan daş kürə barədə məqalə dərc olunub. Bu barədə Elchi.az...

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

21 Avqust 2026 - 23:14

Azərbaycan milli komandası Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bu barədə Elchi.az - a AFFA-dan məlumat verilib. Qarşılaşma noyabrın 16-da...

İmişlidə avtomobilin vurduğu piyada ölüb

İmişlidə avtomobilin vurduğu piyada ölüb

21 Avqust 2026 - 23:13

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Elchi.az -ın məlumatına görə, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə...

Next Post

Dolların üç günlük məzənnəsi açıqlandı: 1,51114

Dolların üç günlük məzənnəsi açıqlandı: 1,51114

Son xəbərlər

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28
Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

22 Avqust 2026 - 15:16
“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

22 Avqust 2026 - 15:01
İşlədikləri şirkəti soyanlar saxlanıldı

İşlədikləri şirkəti soyanlar saxlanıldı

22 Avqust 2026 - 14:38
Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

22 Avqust 2026 - 14:13
Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

22 Avqust 2026 - 13:21
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

22 Avqust 2026 - 13:00
ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

22 Avqust 2026 - 12:42
Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

22 Avqust 2026 - 12:17
Kiyevdə dəmir yolu vuruldu: ölən var

Kiyevdə dəmir yolu vuruldu: ölən var

22 Avqust 2026 - 11:52
Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

22 Avqust 2026 - 11:35
Əməkdar jurnalist Nurani vəfat etdi

Əməkdar jurnalist Nurani vəfat etdi

22 Avqust 2026 - 11:18
FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

22 Avqust 2026 - 11:09
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

22 Avqust 2026 - 10:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.