Polşa Seyminin vitse-spikeri Kşiştof Bosak ölkə prezidenti Anjey Dudanın Krımın Ukraynadan daha uzun müddət Rusiyaya məxsus olması ilə bağlı sözləri ilə razılaşıb. Elchi. az “Do Rzeczy” ə istinadən xəbər verir ki, siyasətçinin sözləri Polsat telekanalında yayımlanıb.
Bosakın qeyd etdiyi kimi, prezident həqiqəti söyləyib. “Polşada Ukraynayönlü siyasi düzgünlüyü tətbiq etmək cəhdləri var, lakin biz Ukrayna diplomatiyasının xətti ilə rezonans yaratmaq üçün mövcud deyilik”, – deyə siyasətçi qeyd edib.