Bu tip raket təyyarələri və qanadlı raketləri tutmaq üçün istifadə olunur.
Elchi.az “Politico”-ya istinadən xəbər verir ki, ABŞ növbəti hərbi yardım paketi çərçivəsində Ukraynaya “Sea Sparrow” zenit-raket kompleksləri göndərəcək.
Məqalədə qeyd olunub ki, bu tip raket həm dənizdən, həm də qurudan buraxıla bilər və təyyarələrin və qanadlı raketlərin qarşısını almaq üçün istifadə olunur.
Bundan əlavə, müəlliflər aydınlaşdırıblar ki, Ukrayna hərbçiləri artıq öz mövcud Sovet Buk buraxılış qurğularını yeni Amerika mərmiləri üçün uyğunlaşdırmağa nail olublar.
Bundan əlavə, nəşr vurğulayır ki, “indiyə qədər Tayvan yerüstü raket variantını işlədən yeganə ölkə olub, ABŞ ordusu və müttəfiqləri isə əsasən raketin gəmidən buraxılan versiyasından istifadə edir”.
Şayəstə