Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimovanın yeni komandası bəlli olub.
32 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.
Bir müddət əvvəl İtaliyanın “Kasalmaggiore” klubu ilə vidalaşan milliləşən legionerimiz “Kuzeyboru” ilə müqavilə imzalayıb. Polina 2022/23 mövsümünü Aksaray təmsilçisində keçirəcək.
Bu, Rəhimovanın Türkiyədə üçüncü klubu olacaq. O, əvvəllər “Fənərbaxça” və “Türk Hava Yolları”nın şərəfini qoruyub.
Qeyd edək ki, zəngin karyeraya malik Polina “Azərreyl”, “Azəryol”, “Hyunai”, “Toyota” və “Sesi” klublarında da çıxış edib.
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
"Qəbələ" futbol komandasının məşqçilər korpusunda iki yeni mütəxəssis fəaliyyətə başlayıb. Elchi.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti...





















Son şərhlər