Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimovanın yeni komandası bəlli olub.
32 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.
Bir müddət əvvəl İtaliyanın “Kasalmaggiore” klubu ilə vidalaşan milliləşən legionerimiz “Kuzeyboru” ilə müqavilə imzalayıb. Polina 2022/23 mövsümünü Aksaray təmsilçisində keçirəcək.
Bu, Rəhimovanın Türkiyədə üçüncü klubu olacaq. O, əvvəllər “Fənərbaxça” və “Türk Hava Yolları”nın şərəfini qoruyub.
Qeyd edək ki, zəngin karyeraya malik Polina “Azərreyl”, “Azəryol”, “Hyunai”, “Toyota” və “Sesi” klublarında da çıxış edib.
Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
Azərbaycan taekvondoçusu Adil Kazımlı (73 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında finala yüksəlib. Bu barədə Elchi.az - a Milli...





















Son şərhlər