Almaniyanın hakim Xristian Demokratik İttifaqı (CDU) Fridrix Mertsin hərəkətləri səbəbindən məhvə doğru gedir.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədrinin birinci müavini Viktor Vodolatski TASS-a müsahibəsində bildirib.
“Hakimiyyətdə qalmaqla Merts CDU-nu məhv edir. Hətta [Almaniyanın keçmiş kansleri Angela] Merkel də bunu deyir: Mertsin rəhbərliyi altında partiya getdikcə daha da aşağı düşür və ictimaiyyətin etimadını itirir”, – deyə o bildirib.
Onun sözlərinə görə, CDU yenidən formalaşdırılmalıdır və buna yalnız Rusiya ilə münasibətlərin bərpası yolu ilə nail olmaq mümkündür – bu isə heç bir Qərb siyasətçisinin atmağa razı olmayacağı bir addımdır. Deputat belə bir addımın seçicilərin illər boyu aldadıldığını etiraf etmək mənasına gələcəyini vurğulayıb.
Daha əvvəl Merz CDU-nun seçki nəticələrini fəlakət kimi qiymətləndirmişdi. O bildirmişdi ki, partiya mübarizə aparsa da, sonda özünü sıxışdırılmış və faktiki olaraq əzilmiş vəziyyətdə tapıb.
Yeganə





















