"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Polad Bülbüloğlu “Exo Moskvı” radiosundan Azərbaycan xalqından üzr istəməyi tələb edib

02 May 2018 - 17:14
in MANŞET, SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Exo Moskvı” radiosunun efirində Azərbaycana qarşı yol verilən hörmətsizliklə bağlı radionun baş redaktoru Aleksey Venediktova müraciət edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məktub aprelin 28-də “Exo Moskvı” radiostansiyasının efirində yayımlanan, aparıcı Yuliya Latıninanın müəllifi olduğu “Kod Dostupa” verilişində jurnalistin Azərbaycanı və azərbaycanlıları təhqir etməsi ilə əlaqədardır.

Səfir məktubunda Y. Latıninanın növbəti dəfə məhdud tarixi biliklərini və ermənilərə simpatiyasını göstərərək tarixi faktları təhrif etdiyini, işğalçını qurban, hərbi cinayətkar olan Serj Sarkisyan və ətrafını isə qəhrəman kimi təqdim etdiyini, 100 il ərzində işğal, soyqırım, etnik təmizləmə kimi beynəlxalq cinayətlərdən əziyyət çəkən Azərbaycan xalqını bütün günahlarda ittiham etdiyini vurğulayıb: “Aydındır ki, Yuliya Latınina tərəfindən canlı efirdə deyilən fikirlər onun qərəzli və qeyri-peşəkarlığının təzahürüdür və faktları təhrif etmək, anti-Azərbaycan təbliğatı aparmaq yolu ilə narahat Ermənistan cəmiyyətini real əhval-ruhiyyədən yayındırmaq üçün Rusiya auditoriyasını çaşdırmaq məqsədi daşıyır”.

P. Bülbüloğlu Y. Latıninanın jurnalistika etikasının bütün sərhədlərini pozduğunu, reallıq hissini itirdiyini, öz hüquqi və vətəndaşlıq məsuliyyətini unudaraq auditoriyaya müraciətində Azərbaycan cəmiyyətini “ruhən xəstə” adlandıraraq bütün Azərbaycan xalqına qarşı məsuliyyətsiz, əxlaqsız və alçaldıcı ifadələr işlətdiyini vurğulayıb: “Xüsusilə qeyd etmək istəyirəm ki, bütün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Onlardan 10 milyonu Azərbaycandadır. Unutmaq lazım deyil ki, Rusiyanın özündə 2 milyona yaxın azərbaycanlı yaşayır və onların yarım milyonu Moskvada məkunlaşıb. Bu statistikanı nəzərə alaraq “Exo Moskvı” radiosunun böyük Rusiya Federasiyasında yaşayan Azərbaycan auditoriyasını özünə qarşı kökləməkdə maraqlı olduğunu düşünmürəm. Birinci dəfə deyil ki, Y. Latınina “Exo Moskvı” radiosunun çoxmilyonlu auditoriyasında istifadə edərək Azərbaycan xalqını alçaldır, Rusiya cəmiyyətində nifrət əhval-ruhiyyəsi formalaşdırır”.

Səfir A. Venediktovdan baş vermiş hadisə ilə bağlı lazımı tədbirləri görməyi xahiş edib: “Mövcud vəziyyəti diqqətinizə çatdıraraq sizdən Rusiya Federasiyasının “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunu çərçivəsində lazımi tədbirləri görməyi, redaksiya tərəfindən müvafiq təkzibin yayılmasını və bütün Azərbaycan xalqından üzr istənilməsini xahiş edirəm”.

Previous Post

Polad Bülbüloğlu “Exo Moskvı” radiosundan Azərbaycan xalqından üzr istəməyi tələb edib

Next Post

Böyük Vətən müharibəsi iştirakçılarının Prezident təqaüdü artırıldı

Bənzər yazılar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08

Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

03 İyun 2026 - 19:10

Bu gün tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri...

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

03 İyun 2026 - 18:56

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar...

Next Post
Böyük Vətən müharibəsi iştirakçılarının Prezident təqaüdü artırıldı

Böyük Vətən müharibəsi iştirakçılarının Prezident təqaüdü artırıldı

Böyük Vətən müharibəsi iştirakçılarının Prezident təqaüdü artırıldı

Böyük Vətən müharibəsi iştirakçılarının Prezident təqaüdü artırıldı

Son xəbərlər

Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.