Mardinin Nusaybin rayonunda terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyyat zamanı aşkar edilən bunkerdə 10 kiloqram partlayıcı, balon və canlandırıcı material ələ keçirilib.
Elchi.az xəbər verir ki, İl Jandarma Komandanlığının Nusaybində keçirdiyi əməliyyat zamanı terrorçuların istifadə etdiyi sığınacaq müəyyən edilib.
Sığınacaqda aparılan axtarışlar zamanı 10 kiloqram partlayıcı maddə, 7 doldurulmuş boru, 150 kiloqram qida materialı, 10 akkumulyator bloku, günəş panelləri və partlayıcıda istifadə edilən xeyli miqdarda material ələ keçirilib.
Mardin Respublika Prokurorluğunun əmri ilə dəlil-sübut materialları nəzarətə götürülüb, digərləri isə hadisə yerində məhv edilib.
Şayəstə