İŞİD-in Kobaniyə hücumlarına etiraz olaraq Türkiyədə təşkil olunan aksiyalarda qan tökülüb.
Elchi.az Türk mətbuatına istinadən bildirir ki, Diyarbəkirdə 8, Mardində 2, Siirtdə 2, Batmanda isə 1 nəfər qruplar arasında yaşanan qarşıdurmada öldürülüb. Hələ təsdiqlənməyən məlumata görə Muşda da 1 nəfərin başına qaz fişəngi dəyməsiylə dünyasını dəyişib.
Xatırladaq ki, İŞİD-in Kobaniyə hücumunu bəhanə edərək Türkiyədə etiraza başlayanlar PKK terror təşkilatın tərəfdarlarıdır. Onlar əllərinə düşən fürsətdən istifadə edərək Atatürkün heykəlinə belə od vurublar…