Sahibkar və amerikalı milyarder İlon Maskın atası Errol Mask Rusiya vətəndaşlarının mehribanlığına və qonaqpərvərliyinə heyran olduğunu bildirib.
Elchi.az xəbər verir ki, “RİA Novosti”yə açıqlamasında o, rusların maraqlanan və öyrənməyə meyilli təbiətdə olduğunu qeyd edib və rusların düşmənçiliyə meylli olmadıqlarını əlavə edib.
“Rusiyada rastlaşdığınız hər kəs gülərüzdür… Hər kəs sizin haqqınızda hər şeyi bilmək, sizə nəsə vermək, sizi yedirtmək və öz əşyalarını sizə göstərmək istəyir”,– deyə Mask bildirib.
O, daha əvvəl Rusiyanın yüksək inkişaf səviyyəsinə heyranlığını ifadə etmişdi. Sahibkar Rusiya Federasiyasını möhtəşəm bir məkan hesab etdiyini vurğuladı.
Eyni zamanda, Fransanın ilk prezidenti general Şarl de Qollun nəvəsi və Lev Tolstoy adına Sülh Mükafatı üzrə münsiflər heyətinin sədr müavini Pyer de Qoll bəyan edib ki, getdikcə daha çox avropalı Rusiya Federasiyasına köçmək istəyir.
Yeganə





















