İran prezidenti İbrahim Rəisi yerli istehsal olan peyklərin orbitə buraxılmasını ölkəni təcrid etmək üçün düşmən planların qarşısını alan üstünlük kimi qiymətləndirib.
Elchi.az bu barədə Tasnimnews.com-a istinadən xəbər verir.
Rəisi şənbə günü Tehranda Milli Kosmik Texnologiyalar Günü münasibəti ilə çıxış edərkən bildirib ki, prezidentliyi dövründə 11 peykin uğurla orbitə buraxılması ona sanksiyaların öhdəsindən gəlməyə və İranın təcrid planlarının qarşısını almağa imkan verib.
O əlavə edib ki, İran aerokosmik texnologiyaları baxımından dünyanın onlarla aparıcı ölkəsinə qoşulub.
Rəisi qeyd edib ki, İran kosmos texnologiyasından kənd təsərrüfatı, su və təbii ehtiyatların idarə olunması, faydalı qazıntı yataqları və sərhəd təhlükəsizliyi daxil olmaqla müxtəlif sahələrdə istifadə edir.
Xatırladaq ki, keçən həftə İran minimum və maksimum 450 və 1100 kilometr yüksəkliklərə malik iki tədqiqat yükü ilə birlikdə Mahda tədqiqat peykini Yer orbitinə çıxarıb.
Onlar kosmosa yerli “Simurq” peyk daşıyıcısının köməyi ilə göndərilib.
“Simurq” maye yanacaqla işləyən iki mərhələli raketdir. Onun diametri 2,4 metr, başlanğıc kütləsi isə 80 tondur. Həmin daşıyıcının birinci nəsli Yerdən təxminən 500 kilometr yüksəklikdə çəkisi 100 kiloqrama qədər olan rabitə və zond peyklərini orbitə çıxara bilərdi.
Yeganə