Polşa prezidenti Anjey Duda deyib ki, o, Ukraynanın Krım üzərində nəzarəti bərpa edə biləcəyinə əmin deyil, lakin onun Donetsk və Luqanskı qaytara biləcəyinə inanır.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Anjey Duda bu mövqeyi cümə günü axşam kanal “Zero”-nun “YouTube” kanalına müsahibəsində bildirib. “Ukraynanın həqiqətən də Krımı qaytara biləcəyinə inanırmı?” sualına o, belə cavab verib:
“Bu suala cavab vermək mənim üçün çətindir. Ukraynanın Krımı qaytarıb-qaytarmayacağını bilmirəm, amma inanıram ki, Donetsk və Luqanski qaytaracaq”.
Dudanın sözlərinə görə, Krım yarımadası tarixi səbəblərə görə xüsusi bir yerdir: “Çünki əslində, tarixə nəzər salsaq, çox vaxt Rusiyanın əlində olub”.
Dudanın mövqeyi Polşanın idarəedici və Avropayönlü koalisiyasının qanunvericiləri tərəfindən tənqid edilib.
Yeganə