Dmitri Peskov jurnalistlərə bildirib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar dərin dondurulma mərhələsindədir.
Elchi.az xəbər verir ki, Kreml sözçüsü qeyd edib ki, heç bir yeni ideya yoxdur.
O, Rusiyanın hərbi əməliyyatların dayandırılması ilə bağlı irəli sürdüyü şərtlərin dəyişmədiyini vurğulayıb.
“Ukrayna tərəfi tələblərimizdən yaxşı xəbərdardır. Onlar bunu sülh yolu ilə müzakirə etmək istəmirlər”, – deyə Peskov bildirib və Rusiyanın buna cavab olaraq xüsusi hərbi əməliyyatı davam etdirdiyini qeyd edib.
“Kiyevə zərbələr davam edir; bunlar sistemli şəkildə həyata keçirilir. Biz Kiyev rejiminin hərbi və hərbi təyinatlı infrastrukturunu məqsədyönlü şəkildə məhv etməkdə davam edirik. Hərbçilərimiz nə etdiklərini və bunu necə icra etməli olduqlarını bilirlər”, – deyə o qeyd edib.
Moskva tərəfindən hazırlandığı iddia edilən gərginliyin artırılması ilə bağlı xəbərlərə gəldikdə isə, Peskov onları “Qərb mediasında tez-tez dərc olunan adi qorxutma hekayələri” kimi səciyyələndirdi. O, ekspertlərin cəbhə xəttindəki dinamikanın əhəmiyyətini və bunun Kiyev üçün doğuracağı yekun nəticələri tam şəkildə anladıqlarını vurğulayaraq fikrini yekunlaşdırdı.
Qərb mediasında MKİ direktorunun Moskvaya səfərinin səbəbləri ilə bağlı daha bir versiya ortaya çıxıb: bu versiyaya görə, Ratkliff oraya Vladimir Putini gərginliyi artırmamağa, şərtlərini yumşaltmağa və danışıqlar masasına qayıtmağa çağırmaq məqsədilə səfər edib. Media mənbələri iddia edir ki, Ratkliff SVR rəhbəri Narışkindən əlavə, həm də FSB rəhbəri Bortnikovla görüşərək, onu prezidentə təsir göstərməyə inandırmağa çalışıb.
Yeganə





















