Peskov: “Taxıl müqaviləsi”nin bərpasına dair razılıq yoxdur

97

“Rusiya, Türkiyə və Qətərin iştirakı ilə taxıl müqaviləsinin bərpası ilə bağlı heç bir razılıq yoxdur”.

Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Qətərin iştirakı ilə taxıl müqaviləsinin bərpası ilə bağlı müxtəlif əməkdaşlıq variantları var, lakin hələlik belə bir razılaşma yoxdur. O, əlavə edib ki, müxtəlif formatlarda müzakirələr davam edir.

Yeganə