“Avropa İttifaqı (Aİ) 2030-cu ilə qədər birliyə yeni üzvləri qəbul etməyə hazır olmalıdır”.
Elchi.az “Financial Times” (Ft.com) qəzetinə istinadən xəbər verir ki, bu fikirləri Avropa Şurasının prezidenti Şarl Mişel Sloveniyanın Bled şəhərində keçirilən XVIII Beynəlxalq Strateji Konfransın açılışı zamanı bildirib.
“Əgər onların bizə etibar etmələrini istəyiriksə, son tarixlər haqqında danışmalıyıq. Növbəti strateji gündəliyi hazırlayarkən qarşımıza dəqiq hədəf qoymalıyıq. 2030-cu ilə qədər hər iki tərəfdən genişlənməyə hazır olmalıyıq. İndi biz genişlənməyə əsas qayğılarımızdan biri kimi baxmalıyıq. Bu, iddialıdır, lakin həm Aİ, həm də onun gələcək üzv ölkələri üçün lazımdır”, – deyə Mişel bildirib.
Məlumat üçün bildirək ki, hazırda Aİ üzvlüyünə rəsmi namizədlər Albaniya, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqrodur.
Yeganə