“Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət yaxşı və uzun keçib”.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, əlavə edib ki, hər iki ölkə liderlərinin görüşü üzbəüz baş tutub.
Putin bazar günü Çində keçirilən ŞƏT sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
“Ermənistanın baş naziri Paşinyanla söhbət indicə başa çatıb. Çox yaxşı, uzun söhbət oldu”, – Peskov jurnalistlərə bildirib.
Yeganə


















