Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinə etimad reytinqinin 79%-ə çatdığı deyib.
Elchi.az Rusiya mediasına istiandən xəbər verir ki, Peskov “VTsIOM” sorğusunun nəticələrini şərh edib.
Onun sözlərinə görə, bu, rusların prezident fiquru ətrafında birləşməsindən xəbər verir:
“Hazırda çətin vəziyyətdir, lakin cəmiyyət prezidentin ətrafında cəmləşib. Ölkədə makro və mikro sabitlik qalır, iqtisadiyyat möhkəm ayaqdadır və bəzi sahələr artıq inkişaf mərhələsinə qədəm qoyub”.
Yeganə