"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Perinatal mərkəzdə yanğınla bağlı məhkəmədə: Tüstüyə görə bəzi körpələri çıxarmaq mümkün olmadı

08 Oktyabr 2025 - 20:34
in CƏMİYYƏT
FacebookVatsap

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmədə şahidlər ifadə verib.

Bunu da oxuyun

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Elchi.az – ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi iclasda ifadə verən şahid Leyla Abdullayeva deyib ki, Perinatal Mərkəzdə neonatoloq işləyib:

“Yanğın baş verən vaxt növbədə iki həkim var idi. Küvəzlər müəyyən cihazlara bağlı olduğu üçün körpələri birbaşa götürmək olmazdı. Biz ilk olaraq yanğını söndürməyə çalışırdıq, çünki küvəzləri çıxarmaq daha təhlükəli idi. Küvəzlər monitora bağlı idi, həmin monitordan onların vəziyyəti izlənilirdi. Sonra tüstü yayıldı, ona görə də körpələri çıxarmağa başladıq. Hadisədən əvvəl bir körpənin vəziyyəti kritik idi. Ona görə ilk olaraq onu çıxardıq. Tüstü daha da yayılmağa başladı, bu zaman orada hələ də körpə var idi”.

Leyla Abdullayeva əlavə edib ki, mərkəzdə tibb bacılarının sayı az olub. O, bununla bağlı mərkəzin rəhbərliyinə müraciət etdiyini bildirib.

Növbəti iclas oktyabrın 22-nə təyin olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Previous Post

BMT İnsan Hüquqları Şurası Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı qətnamə qəbul edib

Next Post

Audiovizual Şuranın növbəti iclası keçirilib

Bənzər yazılar

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026 - 16:21

Sentyabrın 27-də Anım Günü münasibətilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin kollektivi Bakıda Zəfər parkını ziyarət ediblər. FHN-dən...

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39

Müdafiə naziri Zakir Həsənov, onun müavinləri və rəhbər şəxslər Zəfər abidəsini ziyarət ediblər. Elchi.az xəbər verir ki, nazirlik əməkdaşları xatirə...

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr 2026 - 10:31

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar bəyanat yayıb. Elchi.az bəyanatı təqdim edir:...

Bakı ərazisində vulkan püskürüb

Bakı ərazisində vulkan püskürüb

26 Sentyabr 2026 - 13:00

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Otman Bozdağ Palçıq Vulkanında bu gün saat 07:32 radələrində püskürmə hadisəsi qeydə alınıb. Elchi.az...

Next Post
Audiovizual Şuranın növbəti iclası keçirilib

Audiovizual Şuranın növbəti iclası keçirilib

HƏMAS Qətər və Türkiyənin Misirdəki danışıqlara qoşulmasını alqışlayır

HƏMAS Qətər və Türkiyənin Misirdəki danışıqlara qoşulmasını alqışlayır

Comments 2

  1. Zülfiyyə Tağıyeva says:
    12 ay ago

    Bu hadisə çox pis olub, Allah rəhmət eləsin. Perinatal mərkəzdə belə bir şey baş verəcəyini heç ağlıma gətirə bilməzdim. Həkimlərin əlindən gələni etdiyinə inanmıram. Belə hadisələr bir daha olmasın.

    Reply
  2. Sevinc Vahabova says:
    12 ay ago

    Bu hadisə çox pisdir, necə belə şey ola bilərki? Perinatal mərkəzdə belə hadisə baş verməsi çox təəssüf doğurur. Ümid edirəm ki, günahkarlar cəzalarını alacaqlar.

    Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026 - 16:21
Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25
İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda Çindən ABŞ-yə aparılıb

27 Sentyabr 2026 - 11:41
Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38
DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37
Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36
Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

27 Sentyabr 2026 - 10:49
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

27 Sentyabr 2026 - 10:46
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr 2026 - 10:31
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29
Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.