Pentaqon Amerika silahlarının Ukraynaya ötürülməsi zamanı korrupsiya hallarını aşkarlayıb. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə idarənin baş müfəttişinin hesabatında deyilir.
Sənədə əsasən, 2022-ci ilin fevralından xüsusi hərbi əməliyyatın başlandığı vaxtdan korrupsiya faktları ilə bağlı 57 araşdırma başlanıb. İndiyədək onlardan 14-ü tamamlanıb, 43-ü isə açıq qalır. “Tamamlanmış təhqiqatlar nəticəsində 7 həbs, 13 cinayət ittihamı, 2 məhkum və 11 həbs cəzası verilib”, – deyə ABŞ Müdafiə Nazirliyi qeyd edib.
Araşdırma zamanı nazirlik tərəfindən qrant və satınalmalarda dələduzluq, korrupsiya, oğurluq və digər qanun pozuntuları faktları qeydə alınıb. Qeyd edək ki, bundan əlavə, ekspertlər etiraf ediblər ki, Vaşinqton Kiyevə ötürülən silahların taleyini heç də həmişə izləmir.
Havar Şəfiyeva