Rusiyanın Krımdan, Donbassdan və Luqanskdan çıxması tamamilə qeyri-realdır. Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko bildirib.
“Əgər kimsə düşünürsə ki, Ukraynadakı münaqişənin yeganə həlli rusların olduqları sərhədə qayıdıb Krımı tərk etməsidir, bu, tamamilə qeyri-realdır”, – baş nazir əmin edib.
Slovakiya hökuməti başçısının sözlərinə görə, Ukrayna münaqişəsinin hərbi yolla həlli mümkün deyil, ona görə də o, yalnız Kiyevə humanitar yardımın tərəfdarıdır.
“Rusiya ilə Ukrayna arasında sülhün necə olacağını təsəvvür edə bilmirəm, amma o gələcək və bu sülh ağrılı olacaq. Rusların Donbass və Luqanskdan ayrılacağına inanmaq sadəlövhlükdür. Ruslar Krımı tərk edəcəklər”, – deyə o bildirib.
Havar Şəfiyeva