ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyəri artıq 29 milyard dollara yaxınlaşır.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ hərbi nazirinin (müdafiə nazirinin) maliyyə məsələləri üzrə müavini vəzifəsini icra edən Coulz Herst məlumat verib.
Aprelin sonunda Hərbi Nazirlik İranla müharibə xərclərinin təxminən 25 milyard dollar təşkil etdiyini bildirmişdi.
“Hesab edirik ki, hazırda bu məbləğ 29 milyard dollara daha yaxındır”, — deyə o, ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.
Herst qeyd edib ki, yenilənmiş xərclər məbləğinə avadanlıqların təmiri və dəyişdirilməsi xərcləri, həmçinin regiondakı şəxsi heyətin saxlanılması üçün əməliyyat xərcləri daxildir.
Məryəm





















