ABŞ-ın müdafiə naziri Pit Heqset bəyan edib ki, Vaşinqton İranda “dövlət quruculuğu” səyləri göstərmək niyyətində deyil, lakin eyni zamanda Tehranın çox sayda öz vətəndaşını məhv etdiyini əlavə edib.
Elchi.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
“Biz hər hansı bir dövlət quruculuğu layihəsinə cəlb olunmaq niyyətində deyilik”, — deyə Heqset Pentaqonda keçirilən brifinqdə bildirib.
O, həmçinin iddia edib ki, İran hökuməti “öz xalqından 45 000 nəfər günahsız mülki şəxsi qətlə yetirib”.
Heqset vurğulayıb ki, ABŞ-ın məqsədləri məhdud olaraq qalır və əsasən təhlükəsizlik məsələlərinə, habelə İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına yönəlib.
Məryəm





















