Paşinyan Qaribaşvili ilə regiondakı vəziyyəti müzakirə edib

34

Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə telefonla danışıb.

Elchi.az xəbər verir ki, telefon danışığı zamanı 2023-cü ilin əvvəlində Ermənistan-Gürcüstan Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi razılaşdırılıb.

Bundan başqa, tərəflər Cənubi Qafqazdakı situasiyanın yaxşılaşmasını və bu istiqamətdə müvafiq addımların atılmasını müzakirə edib.