Ermənistanın Baş naziri Nikol Paşinyan Misir Ərəb Respublikasına iki günlük rəsmi səfərə gedib.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
Səfər çərçivəsində baş nazir Paşinyan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək söhbət edəcək, daha sonra görüş geniş tərkibdə davam edəcək.
Ermənistanın baş naziri Misirin Baş naziri Mostafa Madbuli, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbdül Qeyt, Kopt Pravoslav Kilsəsinin Patriarxı II Tavadros, İsgəndəriyyə Patriarxı, Müqəddəs Mark taxt-tacının patriarxı Ali imamla görüşlər keçirəcək.
Yeganə