“Avropa Parlamentinin (AP) qətnaməsi çox mühüm məna daşıyır və obyektiv reallığı ifadə edir”.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş nazir Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında bildirib.
O, obyektiv reallığı təqdim etmək üçün ardıcıl çalışan Avropa Parlamentinə və tərəfdaşlarına təşəkkür edib:
“Biz işi davam etdirməliyik və elan olunmuş siyasi gündəliyin həyata keçirilməsinə nail olmalıyıq”.
Paşinyan əlavə edib ki, AP Ermənistan və Azərbaycan arasında davamlı sülhün hərbi yolla əldə edilə bilməyəcəyinə inandığını, lakin beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, Helsinki Yekun Aktı ilə müəyyən edilmiş prinsiplərə uyğun olaraq hərtərəfli siyasi nizamlanmanın zəruriliyinə inanır.
Yeganə