Çin alimlərinin Parkinson xəstəliyinə qarşı inkişaf etdirdiyi kök hüceyrə müalicəsi meymunlar üzərində aparılan təcrübədə təsirli nəticə verib.
Elchi.az xəbər verir ki, Çinin Kunminq Elm və Texnologiya Universitetinin alimləri meymun beyninə kök hüceyrələri köçürməklə Parkinson xəstəliyinin simptomlarını aradan qaldırmağa nail olublar.
Tədqiqatçılar, kök hüceyrə nəqlinin Parkinson xəstəliyi səbəbiylə beyin funksiyaları pozulan heyvanların hərəkət edə bilməyəcək qədər imkan verdiyini, 2-3 həftə ərzində ayağa qalxıb öz başlarına qidalana biləcəklərini bildirdilər.
5 il izlənilən heyvanlarda müalicə effektinin qalıcı olduğu müşahidə edilmişdir.
Tədqiqatçılar müalicə üçün insan göbək kordonundan alınan mezenximal kök hüceyrələrə dopamini sintez etməyə imkan verən üç geni köçürdülər.
Siçanlar üzərində aparılan təcrübə uğurlu alındıqdan sonra meymunlarla təcrübəyə start verilib.
Müalicə siçanlar üzərində sınaqdan keçirildikdən və uğurlu alındıqdan sonra 2017-ci ildə meymunlarla təcrübəyə başlanılıb.
Əgər genetik olaraq dəyişdirilmiş kök hüceyrələr insanlarda uğurlu olarsa, bu, Parkinson üçün ucuz və təsirli bir müalicə ola bilər.
Alimlər gələcəkdə müalicənin təhlükəsizliyi və tətbiqi ilə bağlı detallar üzərində işləyəcəklər. Daha sonra insanlar üzərində genişmiqyaslı klinik sınaqların keçirilməsi planlaşdırılır.
60 yaşdan yuxarı insanların 1%-də rast gəlinir.
Araşdırmanın nəticələri “Parkinson’s Disease” beynəlxalq mütəxəssis tibbi jurnalında dərc olunub.
Dünyada 60 yaşdan yuxarı insanların ən az yüzdə 1-də görülən Parkinson xəstəliyi, dövrün ən çox görülən degenerativ beyin xəstəliyidir.
Səbəbi hələ bilinməyən xəstəliyin beyində bədənin hərəkətlərini tənzimləyən dopamin fermentini ifraz edən sinir hüceyrələrinin azalması ilə tətikləndiyi düşünülür.
Şayəstə