Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Yaxın Şərqdə baş verənləri narahatlıq, ağrı və dua ilə izlədiyini bildirib.
Elchi.az xəbər verir ki, Vatikanda Müqəddəs Pyotr Meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar namazını qılan Papa, çıxışında Yaxın Şərqdəki proseslərlə bağlı qiymətləndirmələr edib.
İranın dünən gecə Yaxın Şərqdə İsrailə qarşı hava hücumuna toxunan Papa, “Son bir neçə saat ərzində İranın hücumu səbəbindən İsraildə vəziyyətin pisləşdiyi xəbərini dua, narahatlıq və hətta ağrı ilə izləyirəm. Yaxın Şərqi silahlı münaqişəyə sürükləməyin.” “Bu riskli zorakılıq spiralını gücləndirəcək bütün hərəkətləri ürəkdən dayandırmağa çağırıram”, – deyib.
Papa Qəzzada atəşkəs çağırışını təkrarlayaraq, “Qəzzədə ən qısa zamanda atəşkəs olmalı və danışıqlar yolu getməlidir. Humanitar fəlakətə sürüklənən insanlara, qaçırılanlara kömək edilməlidir” – deyə vurğulayıb.
Nuranə Məmmədova