Papa XIV Leo Müqəddəs Pyotr meydanında dindarlara ənənəvi Milad müraciətində Ukraynadakı münaqişənin həlli üçün tərəflər arasında birbaşa və səmimi dialoqun qurulmasına ümid etdiyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə o dünyaya müraciətində deyib.
“Ukrayna xalqı üçün dua edirik: silahlı münaqişə dayansın, beynəlxalq ictimaiyyətin dəstəyi ilə iştirak edən tərəflər səmimi, birbaşa və hörmətli dialoqa başlamaq üçün cəsarət tapsınlar”, – o, qeyd edib.
Roma Katolik Kilsəsinin rəhbəri həmçinin Avropanı ümumi xristian kökləri və tarixi ruhunda birləşməyə çağırıb.
“Bizim üçün sülh İsa Məsihdədir. Hər şeydən əvvəl ona görə ki, o, bizi günahdan azad edir, ona görə ki, O, bizə qarşıdurmalara, bütün münaqişələrə, istər şəxsiyyətlərarası, istərsə də beynəlxalq münaqişələrə qalib gəlməyin yolunu göstərir. Günahdan azad ürək, bağışlanma olmadan biz sülh qurucusu ola bilmərik”, – Papa bildirib.
Yeganə





















