Papa Kiyev-Peçersk Lavrasında ibadət yerlərinə hörmətlə yanaşmağa çağırıb.
Elchi.az xəbər verir ki, Roma Papası Fransisk Ukrayna Pravoslav Kilsəsinin (UOK) rahiblərinin Kiyev-Peçersk Lavrasından məcburi çıxarılmasını şərh edərək, bu vəziyyətdən narahatlığını ifadə edib, həmçinin münaqişə tərəflərini “dini yerlərə hörmətlə yanaşmağa” çağırıb.
“Mən münaqişə tərəflərini dini ibadət yerlərinə hörmət etməyə çağırıram. Özlərini namaza həsr edən istənilən məzhəbdən olan insanlar Allahın xalqına dəstəkdirlər”, – pontifik bildirib.
Xatırladaq ki, bundan əvvəl Ukrayna hakimiyyəti monastır tərəfindən dövlət əmlakından istifadəyə dair müqavilənin şərtlərinin pozulmasının müəyyən edildiyini elan etmişdi və Kiyev-Peçersk Lavrası rahibləri martın 29-dək monastırın binalarını tərk etmək əmri almışdılar. UOC rahibləri bu göstərişə əməl etməyəcəklərini bildirdilər. Ali Radanın deputatları Ukrayna Təhlükəsizlik Xidmətindən (SBU) rahiblərin Lavranın ərazisindən çıxarılmasını təmin etməyi xahiş ediblər.
Şayəstə