Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlarda son 24 saatda 28 nəfər ölüb, 90 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Dawn qəzetinin məlumatına görə, Pəncab Fəlakət İdarəetmə İdarəsinin (PDMA) sözçüsü Faruk Əhməd əyalətdə davam edən yağışlarla bağlı açıqlama verib.
Pəncabda son 24 saatda 28 nəfərin öldüyünü, 90 nəfərin isə yaralandığını bildirən Əhməd, dam və divarların çökməsi nəticəsində çoxlu sayda insanın öldüyünü qeyd edib.
PDMA leysan səbəbindən çayların daşması ehtimalı barədə xəbərdarlıq edib.
Hər il iyul-sentyabr ayları arasında Pakistanın bir çox şəhərlərinə təsir edən musson yağışları ölkədə yüzlərlə insanın ölümünə və maddi itkilərə səbəb olur.
Şayəstə Hüseynova


















