Pakistanın Hayber Paxtunxva əyalətində hərbi konvoya hücumda 6 əsgərin həyatını itirdiyi, qarşıdurmada 4 yaraqlının zərərsizləşdirildiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, Pakistan ordusundan verilən açıqlamada ölkənin Əfqanıstanla sərhədində yerləşən Cənubi Vəziristan bölgəsində hərbi konvoya hücum edildiyi açıqlanıb.
Hücumda 6 əsgərin həyatını itirdiyi bildirilən açıqlamada hücumdan sonra baş verən qarşıdurmada 4 silahlının öldürüldüyü, 2 yaraqlının isə yaralandığı bildirilib.
Hücum edənlərin tutulması üçün bölgədə əməliyyat başladılıb.
Hücuma görə məsuliyyəti Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) öz üzərinə götürüb.
Şayəstə Hüseynova