Pakistanın Hayber Paxtunxva əyalətində yağan güclü yağış Bacaur və Şanqla bölgələrində evlərin uçmasına səbəb olub, 5-i uşaq olmaqla 10 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Pakistanın Hayber Paxtunxva əyalətində 2 gündür təsirli olan leysan yağış və dolu həyatı mənfi təsir edib.
Can itkisinin də yaşandığı əyalətin Bajaur bölgəsində 3-ü uşaq olmaqla 5 nəfər yağış nəticəsində uçan evin altında qalaraq həyatını itirib.
Şanqla rayonunda evin damının uçması nəticəsində 2 uşaq ölüb, 1 uşaq xəsarət alıb.
Pəncab Fövqəladə Hallar Xidmətinin sözçüsü Rəsul Xan açıqlamasında bildirib ki, Şanqla bölgəsindəki Banda Çində 2 uşaq daşqın nəticəsində itib.
Nuranə Məmmədova