Pakistanda polis məmurları siyasətçilərə hücum etməyə hazırlaşan İŞİD terror təşkilatı üzvü 2 kamikadzeni yaxalayıb.
Elchi.az xəbər verir ki, Dawn qəzetində yer alan xəbərə görə, polis Hayber Paxtunxva əyalətinin Peşəvər şəhərində siyasətçilərə hücum etməyə hazırlaşan İşid terror təşkilatı üzvü iki intiharçıya qarşı əməliyyat keçirib .
Sözügedən iki terrorçu əməliyyat zamanı yaxalanıb.
Səlahiyyətlilər terrorçuların Əfqanıstanın Pktika əyalətində təlim keçdiyini və bu şəxslərin İslam Üləmaları Cəmiyyətinin (JUI-F) lideri Mövlana Fəzlur Rəhman və Milli Xalq Partiyasından Eymal Vəli Xana hücum etməyə hazırlaşdıqlarını bildiriblər.
Nuranə Məmmədova