Britaniya hərbi kontingentinin Ukraynaya yerləşdirilməsi Rusiyaya müharibə elanı demək olardı.
Elchi.az xəbər verir ki,bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu gün özünün Telegram kanalında Böyük Britaniyanın baş nazirinin Kiyevə səfərini şərh edərkən bildirib.
Bu gün Britaniya hökumətinin başçısı Rişi Sunak Kiyevə səfərə gəlib. Onun və Vladimir Zelenskinin iki ölkə arasında təhlükəsizlik sazişi imzalayacağı gözlənilir. Təhlükəsizlik zəmanəti NATO-nun Vilnüs sammiti çərçivəsində G7 liderləri tərəfindən verilib.
Vladimir Zelenski Estoniyaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinə gizli siqnal göndərib. Bild xəbər verir ki, o, 1991-ci il sərhədləri daxilində Ukraynanın coğrafi mərkəzini göstərən koordinatları olan sviter geyinib.
Cümə axşamı, yanvarın 11-də siyasətçi Estoniyanın baş naziri Kaja Kallas ilə görüşüb. Sonuncu Ukrayna bayrağının rənglərində kostyum və broş, Zelenski isə tünd yaşıl sviter geyinib. Üzərində 48,3794° və 31,1656° rəqəmləri yazılmışdı.
Nuranə Məmmədova