Avropa Ukrayna üzrə sülh danışıqlarında iştirak etmək üçün daha fəal cəhd göstərməlidir.
Elchi.az xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel “Berlin Global Dialogue” təhlükəsizlik konfransında bildirib.
“Avropa Ukrayna üzrə danışıqlar prosesinin iştirakçısına çevrilmək üçün çox daha fəal çalışmalıdır”, – deyə Çexiya prezidenti bildirib. Avropa danışıqlara daxil ola biləcəyi öz vahid təhlükəsizlik strategiyasını hazırlamalıdır.
Pavel qeyd edib ki, indiyədək Ukrayna üzrə sülh danışıqlarında yalnız üç tərəf iştirak edib: ABŞ, Rusiya və Ukrayna. Bu, qismən Avropanın “aydın və vahid Avropa mövqeyinə” malik olmaması ilə izah olunur. Bu mövqe, onun sözlərinə görə, Avropa İttifaqına daxil olmayan ölkələrin, məsələn, Böyük Britaniya və Norveçin də təhlükəsizlik maraqlarını nəzərə almalıdır.
Çexiya liderinin fikrincə, avropalılar öz müdafiələrinə investisiya qoymaq zərurəti səbəbindən rifah səviyyələrinin artmaya biləcəyi və ya hətta aşağı düşmə riski ilə barışmalı olacaqlar.
Məryəm





















