Pakistan Səudiyyə Ərəbistanına və Ər-Riyad tərəfindən yaradılmış dəniz koalisiyasının digər iştirakçılarına gəmiçiliyin və qlobal tədarük zəncirlərinin təhlükəsizliyinin təmin edilməsində köməklik göstərməyə hazırdır.
Elchi.az xəbər verir ki, bu barədə mətbuat konfransında Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bəyan edib. Bəyanat husilərin Qırmızı dənizdə kommersiya gəmisinə hücumundan sonra səslənib. Həmin hücum nəticəsində üç Pakistan vətəndaşı həlak olub, biri isə yaralanıb.
Eyni zamanda Pakistan regional böhranın tənzimlənməsi üzrə diplomatik səylərin davam etdiriləcəyini təsdiqləyib. İslamabad bəyan edib ki, Hörmüz boğazı məsələsi üzrə İran və Oman arasındakı danışıqlar daha geniş sülh prosesi üçün “katalizator” ola bilər.
Məryəm





















