Pakistan Xarici İşlər Nazirliyi Pakistanın Kabildəki səfirliyinə silahlı hücuma görə məsuliyyəti İŞİD/H terror təşkilatının üzərinə götürdüyü barədə məlumatların olduğunu və bunun Əfqanıstan rəsmiləri ilə məsləhətləşmədən sonra təsdiqləndiyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Nazirlikdən verilən açıqlamada səfirliyə hücumun terrorun Əfqanıstanla yanaşı, regionda da sülh və sabitliyə təhlükə olduğunu xatırlatdığı vurğulanıb.
Açıqlamaya görə, terror təşkilatı İŞİD/H-nin Kabil səfirliyinə silahlı hücuma görə məsuliyyəti üzərinə götürdüyünə dair xəbərlər görülüb; Bu, Əfqanıstan rəsmiləri ilə məsləhətləşmədən sonra təsdiqlənib.
Bu pisliyə qalib gəlmək üçün birlikdə çalışmalı olduğumuza diqqət çəkən bəyanatda Pakistanın terrorla mübarizədə qətiyyəti vurğulanıb.
Dekabrın 2-də Pakistanın Kabildəki səfirliyinə silahlı hücum olub.
Hücum Pakistanın Kabil missiyasının rəhbəri, müvəqqəti işlər vəkili Ubeyd ur Rahman Nizamani hədəf alıb. Nizamani hücumdan xəsarət almadan sağ çıxıb, hücumun qarşısını almaq üçün müdaxilə edən səfirlik mühafizəçisi İsrar Məhəmməd isə ağır yaralanıb.
Şayəstə