"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ötən il Azercell uğurlu fəaliyyəti ilə seçilib

22 Fevral 2017 - 22:25
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

“Azercell Telekom” MMC fəaliyyət göstərdiyi 20 il ərzində ölkə iqtisadiyyatında öz sözünü deyən şirkətlərdən biri olub. 2016-cı ildə də bir çox sahədə liderliyi qoruyub saxlayan mobil operator əksər göstəricilər üzrə irəliləyib. Bu haqda Azercell Telekom MMC-nin 2016-cı il üçün hesabatında məlumatlar əks olunub.

“Azercell Telekom” MMC Azərbaycanın mobil rabitə bazarının 48%-nə nəzarət edir. Onun şəbəkəsi ölkə əhalisinin 99,8%-ni, ərazinin isə 80%-ni (20% işğal olunmuş ərazini çıxmaq şərtilə) əhatə edir. Bu gün Azercell-in xidmətlərinə üstünlük verən abunəçilərin sayı 4.5 milyon nəfəri keçir.

Azercell ölkənin qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayədarı olmaqda davam edir. 2016-cı ildə Azercell dövlət büdcəsinə 175,1 milyon manat, 20 il ərzində isə 1 milyard 458,2 manat vəsait ödəyib. Ötən il Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən respublika budcəsindəki ümumi ödənişlərin 2.3%-ni, qeyri-neft sektoru üzrə ödənişlərin 2.9%-ni təşkil edib. Azercell 2016-cı il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 31 milyon 16 min ABŞ dolları, ölkədə fəaliyyət göstərdiyi 20 il ərzində isə 1 milyard 443 milyon ABŞ dolları ödəyib. 2016-cı ildə Azercell öz işçilərinin inkişafına 659 430.21 ABŞ dolları, 20 il ərzində isə 22 434 173.21 ABŞ dolları sərmayə yatırıb. Ötən bir il ərzində Azercell ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 255 683.84 ABŞ dolları, 20 il ərzində isə 18 722 027.66 ABŞ dolları həcmində vəsait sərf edib.

2016-ci il müştərilərimiz üçün “Azercell-ə həyat 4G sürətilə paylaşılan hər anı ilə gözəldir” lozunqu altında keçdi. 1 il ərzində 4G şəbəkəsini 84% gücləndirdik, sürətli interneti əlçatan etmək üçün mobil internet tariflərinə 27% endirim etdik. 4G-ni dəstəkləyən ən müasir mobil cihazları güzəştli şərtlərlə Azercell abunəçilərinə təqdim etdik və İphone smartfonlarının Azərbaycanda yeganə rəsmi təqdimatçısı olduq.

Hər il olduğu kimi, ötən il də müştərilərimizə xeyli güzəştlər təqdim etdik. Rouminqdə vahid endirimli tariflə ünsiyyət saxlanıla biləcək ölkələrin siyahısını genişləndirdik. Müştərilərimizə daha çox sərbəstlik və rahat seçim imkanı vermək üçün Yeni Konsepsiyalı satış və xidmət mərkəzlərinin sayını artırdıq. Z. Tağıyev küçəsində yerləşən ilk müştəri xidmətlərini və Gənclik Mall-da açılan yeni ofisimizi müasir Skandinaviya stilində yeni konsepsiyada təqdim etdik.

Hazırda Azercell Azərbaycanda ən böyük müştəri xidmətləri şəbəkəsi – 63 Ön Masa və Azercell Ekspress ofisləri və 393 rəsmi satış məntəqəsindən ibarət ən geniş satış şəbəkəsi vasitəsilə abunəçilərinə sevə-sevə xidmət göstərir.

Mükafatlar baxımından da 2016-cı il şirkət üçün çox uğurlu oldu. Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev beynəlxalq “The Business Year” dərgisi tərəfindən “İlin şirkət rəhbəri” mükafatını aldı. O, həmçinin BMT nəzdindəki Beynəlxalq Rabitə Akademiyasının akademiki tituluna layiq görüldü, ölkədə Paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə Milli Paralimpiya Komitəsinin fəxri diplomu ilə təltif edildi.

Eyni zamanda Azercell Telekom Stevie Beynəlxalq Biznes Mükafatı üzrə 3 nominasiyada qalib oldu, “İlin telekommunikasiya şirkəti” və “İlin Korporativ Ünsiyyət Departamenti” nominasiyası üzrə bürünc mükafatı, Azercell “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin

nəzdində yaranaraq fəaliyyət göstərən “Sumaks” şirkəti isə “İlin Startapı” nominasiyası üzrə gümüş mükafata layiq görüldü. Eyni zamanda Azercell növbəti dəfə Şərqi Avropa ölkələrinin bazarlarını əhatə edən tədqiqat nəticələrinə əsasən, bazarda 3 ən yaxşı işəgötürən şirkətdən biri elan olundu.
4,5 milyonluq abunəçi ailəsinə xidmət göstərən şirkət sosial şəbəkələrdə də öz aktiv fəaliyyəti ilə seçilib və Facebook sosial şəbəkəsi üzərindən istəkləri cavablama reytinqini 100%-ə, Twitter social şəbəkəsi üzərindən isə 79%-a çatdıraraq “Socialbakers” şirkəti tərəfindən yenidən dəyərləndirildi.
2016-cı ildə Azercell keyfiyyət sistemini daha da təkmilləşdirərək daha 2 Beynəlxalq standartın tələblərini şirkətdə tətbiq etdi və sertifikasiya auditindən uğurla keçdi. Bunlar “Ətraf mühitə göstərilə biləcək təsirlərin idarə edilməsi”nə dair İSO 14001:2015 və “Əməyin təhlükəsiz təşkili və mühafizəsi”nə dair OHSAS 18001 Standartlarıdır.

Korporativ Sosial Məsuliyyəti Azercell Telekom əsas biznesindən ayırmır. Sürətli İnternetin və qabaqcıl texnologiyaların köməyi ilə azərbaycanlıların həyatını müasirləşdirməyə və asanlaşdırmağa çalışmaqla yanaşı Azercell internet istifadəçilərin müdafiəsi və təhlükəsizliyini düşünür. 1 iyun 2016-cı il tarixində Azercell “Kaspersky Lab” şirkəti ilə bu sahədə əməkdaşlığa başladı və cəmiyyətin diqqətini həm uşaqların həm də böyüklərin onlayn müdafiəsinə cəlb etdi. Layihə çərçivəsində İnternetdən istifadəni daha təhlükəsiz edən 3 yeni məhsul təqdim olundu: “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti”.

Uşaqlar arasında mütaliə mədəniyyətini təbliğ etmək üçün Azercell-in dəstəyi ilə məşhur İsveç yazıçısı Astrid Lindqrenin uşaq əsərlərindən ibarət 5490 ədəd kitab Azərbaycan dilinə tərcümə edilib, nəfis tərtibatda, ilk dəfə orijinal illüstrasiyalarla nəşr etdirərək 610 qaçqın məktəbinin kitabxanasına hədiyyə olundu. Bundan əlavə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində məcburi köçkün uşaqların iştirakı ilə “Uzuncorab Pippi” səhnə əsərinin nümayişi baş tutdu.

Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2016-cı il ərzində regionlara səfər edərək 2.000-ə yaxın, fəaliyyətə başladığı 2010-cu ildən bu günədək isə 6. 000-dən çox kimsəsiz uşaq, ahıl və aztəminatlı ailələri müayinə və müalicə edib. Azercell-in dəstəyi ilə fəaliyyət göstərən Bakı və Gəncə Uşaq Qaynar Xətti xidmətinə 2016-ci il ərzində 3. 700-ə yaxın müraciət daxil olub. 2010-2016-cı illər ərzində isə bu say 18. 000-dən artıq olub. Ötən ilin sonunda Azercell-in təşəbbüsü və dəstəyi ilə Uşaq Qaynar Xəttinin Android üçün mobil aplikasiyası hazırlandı. 2006, 2007 və 2009-cu illərdə də Ümidli Gələcək Gənclər Təşkilatının Uşaq Hüquqları üzrə QHT Alyansı ilə birlikdə təsis etdikləri “Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq” Milli İctimai Mükafatını bu il də alan Azercell uşaq hüquqlarının müdafiəsi sahəsinə böyük tövfə verən təşkilat kimi dəyərləndirilib. Həmçinin “ASAN Könüllüləri”-nin təşkilatçılığı ilə Lahıcda baş tutmuş respublika miqyaslı sosial layihənin – “Həmrəylik düşərgəsi”nin əsas mobil rabitə təminatçısı olub.

Azercell Telekom MMC-nin 2014-cü ildən dəstək verdiyi Milli Uşaq Paralimpiya komitəsinin gənc üzvləri II Uşaq Paralimpiya Oyunlarında iştirak ediblər.

Bundan əlavə, şirkət hər zaman olduğu kimi, öz fəaliyyəti ilə ölkədəki gəncləri də həvəsləndirib. Belə ki, tələbələr üçün “Yay Təcrübə Proqramı” davam edib, 2016-cı ildə 28 tələbə isə Azercell-in Təqaüdçüsü adına layiq görülüb.

Azercell-in köməyilə ölkəmizdə ilk dəfə olaraq möhtəşəm Oracle konfransı, “Big Data Day Baku”, “Barama HackDay 2016” kimi tədbirlər baş tutub.

Eyni zamanda 2016-cı il ərzində həm müəllimlər, həm startuplar üçün seminarlar təşkil olunub, jurnalistlər üçün ingilis dil kursları davam etdirilib. Bu il dil kurslarına qatılmaq istəyən jurnalistlərin sayı yüz nəfəri ötüb.

Ölkənin lider mobil operatoru olaraq 2017-ci ildə də fəaliyyətimizi peşəkarcasına davam etdirəcəyik. Dünyanı müştərilərimizə daha yaxın etmək üçün bundan sonra da yüksək sürətli interneti hamı üçün əlçatan etməyi, Azercell abunəçi ailəsinə ən yaxşı müştəri təcrübəsini yaşatmağı, ölkəyə müasir texnoloji innovasiyaları gətirməyi qarşımıza məqsəd qoymuşuq.

Previous Post

Ötən il Azercell uğurlu fəaliyyəti ilə seçilib

Next Post

`Düşmən yenidən təxribata əl atsa, ağır zərbələr vurulacaq`

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

`Düşmən yenidən təxribata əl atsa, ağır zərbələr vurulacaq`

`Düşmən yenidən təxribata əl atsa, ağır zərbələr vurulacaq`

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.